Yazar

Azadlığın mübarək, Aqil əmi!

Azadlığın mübarək, Aqil əmi!<b style="color:red"></b>

Xəyalə ZƏRRABQIZI

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Cavid Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır… Necə ki Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə döşünə çəkirdi, yiyə dururdu adamlara… Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi… Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə…

Ardını oxu »

Tarix danışan “Rənglər” – Pərvin Rəsul Rzanı anır

XALQ ŞAİRİ RƏSUL RZANIN VƏFATINDAN 40 İL ÖTÜR

Tarix danışan "Rənglər" - <b style="color:red">Pərvin Rəsul Rzanı anır </b>

PƏRVİN

Zaman həyatı solğunlaşdırmaqda… Mübarizə mənasızdı! Dirəniş əbəsdi. Ona görə keçmiş lap acı olsa belə, bir az daha rəngli, parlaq  gəlir… Hamının adından danışmaq niyyətim yoxdu! Amma neynim, gördüyüm budu ki, çox şey təravətini itirir. Bəlkə yola ertədən çıxmışıq ona görə. Birisi üçün başlanğıc olan və yeniliyi ilə cəlb edən başqasından ötrü sıradandı, hətta bir az da bitmiş, tükənmiş kimidi… Və peşəmizin diktəsi odur ki, yalnız yazılan, sənətə çevrilən qalır, təzəliyini, ilkin gözəlliyini itirmir.

Ardını oxu »

Dünya ədəbiyyatında antiintihar motivləri

Dünya ədəbiyyatında antiintihar motivləri<b style="color:red"></b>

Bəsirə ƏZİZƏLİ
Filologiya elmləri doktoru

Məşhur Amerika yazıçısı, həyatda çox zaman uğursuzluqla üzləşən və ömrünə intiharla son qoyan Cek London “Martin İden” əsərində “həyat işgəncə və əzaba çevrildiyi zaman əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər asandır”, – deyə yazır. Son zamanlar cəmiyyətimizdə  təsadüf etdiyimiz intihar hadisələrini izlədikcə intihara səbəb olan əzab dolu həyatın, yoxsa ondan xilas olma yolu kimi seçilən ölümün daha asan olması sualı qarşısında düşünürsən. Fransız filosofu Alber Kamü “Sadəcə bir fəlsəfi problem vardır və o da intihardır. Həyatın yaşamağa dəyib-dəymədiyinə qərar vermək elə fəlsəfənin ən başlıca sualına cavab verməkdir” deyirdi və bu ölüm aktını “sənət yaratmaq” adlandırırdı. Yalnız fəlsəfənin deyil, yaşamın probleminə çevrilmiş intiharın yüzillərdir çözülə bilməyən səbəbləri onun çox müxtəlif dövrlərdə dünya ədəbiyyatının çeşidli səhifələrindəki izlərindən də bəlli olur. Əslində, köhnə olan bu problemin hər zaman da müasir olması həm ölümün, həm də həyatın axarından doğmaqdadır. İntihar etməsindən bir neçə saat əvvəl yazdığı şeirində rus şairi Sergey Yeseninin söylədiyi kimi:

Ardını oxu »

31 mart soyqırımına və faciələrə gedən yol: Günahsızların “cəzalandırılması” prosesi

Bəli, Çar Rusiyasının, SSRİ dövlətinin, hazırda da Çar Rusiyasının və SSRİ-nin qanuni varisi olan Rusiya FR-nın Qafqaza ayağını basmış bütün çinovnikləri, bütün rəsmi nümayəndələri hər zaman ermənilərin Qafqazda törətdiyi qırğınlara, vəhşiliklərə, cəlladlığa yaşıl işıq yandırıb. Çünki erməni olmadan rusların Qafqazda genişlənməsi imkansız olardı. Bu səbəbdən də bugün erməni xalqı yaşayırsa, bugün Ermənistan dövləti varsa, bütün dünya erməniləri ruslara böyük bir minnət duyğusu ilə yanaşmalıdırlar. Rusiyanın Qafqazdakı “çomağı”, eyni zamanda iyrənc siyasəti həm Qafqaz xalqlarına , həm də dünya xalqlarına gün kimi aydındır.

Ermənistan yaradılması ideyası nə vaxt başladı?

Ardını oxu »

Gəncədən gələn… – Əks-səda

Gəncədən gələn... - <b style="color:red">Əks-səda</b>

II Qarabağ Müharibəsi zamanı baş vermiş Gəncə hadisələrinə dair

Gəncə həm qədim, həm də müasir Azərbaycanın strateji baxımdan mühüm şəhərlərindən biridir. Nə qədər Sankt-Peterburq şəhəri Rusiya Federasiyası üçün və ya İstanbul şəhəri Türkiyə Cümhuriyyəti üçün böyük əhəmiyyət kəsb edirsə, bir o qədər də Gəncə şəhəri Azərbaycan üçün böyük dəyərə malikdir. Təsadüfi deyil ki, Gəncə dedikdə hər bir azərbaycanlının gözləri qarşısında qədim və zəngin tarixi olan gözəl və böyük bir şəhər canlanır.

Buna rəğmən, tarixən Gəncə şəhəri bir çox ictimai-siyasi və hərbi hadisələrin episentrində yerləşərək, həm özü, həm də əhalisi güclü sınaqlara məruz qalmışdır. Müasir tariximizin son mühüm hadisəsi – II Qarabağ Müharibəsi zamanı Gəncə və gəncəlilərin yaşadıqları faciələr bunun bariz nümunəsidir.
2020-ci  il oktyabr ayının 4-də Gəncə şəhərinə erməni ordusu tərəfindən ilk raket zərbələri endirilir və bu terror aktı dəfələrlə təkrarlanaraq, XXI əsrin başlanğıcında dinc əhaliyə və ümumiyyətlə insanlığa qarşı törədilmiş ən qorxunc hadisələrindən biri kimi tarixə yazılır.

Ardını oxu »

Ərəb gəldi, qan düşdü

Ərəb turistləri ətrafında növbəti mərəkə yenə də sosial şəbəkələri və mətbuatı başına götürüb. Yeni hadisə deyil, ən azından ildə üç-dörd dəfə ölkə gündəmini zəbt edir, eyni ssenari üzrə başlayır… və bitir. Eyni sərgüzəştlər, eyni reaksiyalar, qəzəbli emosiyalar, vay-şüvən, caçyoldu, sinəyaxdı. Hind filmləri kimi bayağı, amma nə sirri-xudadısa həm də baxımlı.

Mövzu iki olsa da, adı eynidi – quş ovu. Həm dırnaqlı, həm də dırnaqsız, yəni müstəqim və məcazi mənalarda.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: BU GƏLƏN YAZIN…

… Havadan o dəqiqə hiss olunur ki, yaz gəlir. Hətta Bakının dəlisov küləyi bir qədər sakitləşib. Martın 19-du. Başqa yeri deyə bilmərəm, Bakıda bir yaz havası hiss olunur. Günəş çıxıb, şəhəri öz ağuşuna alıb, istiliyini və hərarətini insanlara paylayır. Sanki artıq təbiət də qışın soyuğundan, şaxtasından, qarından, çovğunundan yorulub…

…Və elə bil ki, çıxan günəş, havada hiss olunan təmizlik  insanları səsləyir ki, darıxmayın, mən gəlirəm. Mən gələndə sevinəcəksiniz, ürəyiniz, qəlbiniz açılacaq. Və mən gələndə görəcəksiniz ki, sizə göz verib işıq verməyən COVİD-19 da yavaş-yavaş sönəcək. Və bir də görəcəksiniz ki, bu günəşin, bu istinin işığında o COVİD-19 əriyib, itib və cəhənnəmə vasil  olub…

Ardını oxu »

Torpağı Vətən etməyin yolu

DƏDƏ QORQUD ÖYÜDÜ, BƏKİL OĞLU İMRAN ÖRNƏYİ

Torpağı Vətən etməyin yolu<b style="color:red"></b>

Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

İşğaldan azad olunan torpaqları daimi Vətənə çevirmək üçün Azərbaycanla Ermənistanın dövlət sərhədləri boyunca strateji əhəmiyyətli mövqelərdə çoxminlik əhalinin yaşaya biləcəyi sivil şəhərlər tikməliyik.

Ardını oxu »

Qaloş – Vüsal Bağırlı yazır

  Qaloş …

Bağrımı qan elədi sevgili yarın qaloşu,

Qəlbi viran elədi nazlı nigarın qaloşu.

Qaloşun geydi ki, əğyar ona meyl eyləməsin,

Yenə tufan elədi könlü qübarın qaloşu.

(Tofiq Həsənov)

Goranboy rayonunun Qurbanzadə (kəndin adında belə mistik çalar var) kəndində bir kişi yaşayır. Onun fotoşəkli vaxt aşırı müxtəlif saytların, xəbər lentlərinin diqqət mərkəzinə düşür, trendə çevrilir, maraq, ajiotaj yaradır. 

Ardını oxu »

Qorxu – Rəşad Məcid Ağdamdan yazır

Qorxu - <b style="color:red">Rəşad Məcid Ağdamdan yazır</b>

Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru

Dünən Ağdama üzürlü səbəbdən gedə bilmədim.

Amma…

Həm də…

Düzü, Ağdama getməyə qorxuram!

Ağdamın indiki vəziyyətini canlı görməyə qorxuram.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 154
  • 45
  • 4,136
  • 22,198
ILK-10 Azeri Website Directory