Ədəbiyyat

Qarabağ zəfərinin şahidi 83 yaşlı yazıçının sevinci… -Fariz Çobanoğlu yazır

 Rəfiqə Məmmədova bu gün loğman yaşındadır

     Rəfiqə Allahverən qızı Məmmədova Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biridir. 50 illik yaradıcılıq təcrübəsi olan yazıçı-şair ömrünün 90-cı pilləsinə doğru inamla yeriyir. Torpaqlarımızın işğaldan azad olunması ömrünün bu ixtiyar çağında ona təsvirəgəlməz bir fərəh, sevinc hissi yaşadıb. Düşünürəm ki, bu fərəh, bu sevinc onun ömrünü daha da uzadacaqdır.

    Rəfiqə Məmmədova haqqında hər zaman xoş düşüncələrlə rastlaşırıq. Bu düşüncələrin birində deyilir: “Nəğməkar poeziyanın mahir rəssam lövhələrinə bənzər təsvirlərin, uşaq yaddaşına hopan şeirlərin, hekayələrin, mayası vətənpərvərlikdən yoğrulan povestlərin, körpə duyğularına şəkər qatan nağıl, novellaların müəllifidir Rəfiqə Məmmədova”.

Ardını oxu »

Həzi Həsənli yazır: – Nəğmə beşiyi ( Bir ömürlük xatirə)

Aşıq Nəsibin evi mənim nəzərimdə kəndimizin nəğmə beşiyi idi. Onun ailə ansanblı nəğmələrini el – obamıza  səxavətlə ərmağan edirdi. O zərif,  kövrək və təravətli nəğmələr –   o səs, o avaz indi də qulaqlarımdadır. Qəlbimdə yuva qurub, yuva nəğməsinə, yurd nəğməsinə dönüb.  O nəğmələrin ağ sevinci ilə yalyolunu birnəfəsə çıxırdım. Bizi evimizə aparan yalyolu Aşıq Nəsibin evindən beş – on metr sola dönəndə başlayır. Harda olsam da, o doğma cığırların, o yalyolunun, o yerlərin  cazibəsindən çıxa bilmirəm. Bizim, böyük şəhərlərin naməlum ünvanlarına gəlişimiz o yalyolundan, o cığırlardan başladı.

     Aşıq Nəsib el – oba eşqinə sazı ilə həmdərd olurdu. Elin yadında qalan, sazının xallarını, güllərini elin nəbzinə uyğun dilləndirən, əsrlərin, qərinələrin öz havasını gülləndirən sənətkarlardan idi.

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: HƏYATIN MƏNZƏRƏSİ

(Saralmış dəftərdən)

Bu ömrümü  sənli  ana  bölürəm
Duya-duya, yana-yana  bölürəm…
Həm  ürəyə, həm də  cana  bölürəm –
Başqa  bölgü  tanımıram  həyatda!..

Hər  sözümü   köçürürəm  bələkdən
Hər  fikrimi  keçirirəm  ələkdən…
Bir  arzumu  gizləyirəm fələkdən –
Bu  arzumu  yaşadacaq  həyat  da!..

Ardını oxu »

Bakirə duyğular… Həzi Həsənli yazır

Gənc istedadlar

Mən Əlinin üzünü görməmişəm. Amma özü haqqında yazdığı məlumatlardan bilirəm ki, 1998 – ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində doğulub. Püsyan kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətini başa vurduqadan sonra isə Türkiyədə müvəqqəti yaşamağa başlayıb. İstanbulda işləyir və orada yazıb yaradır. Şeirləri Türkiyənin ədəbi – bədii nəşrlərində çap olunur. Türk dilində “Demlenmiş şiirler”, “Yazı ve sanat ülkesi”, “Usta şair” adlı almanax və antalogiya kitablarında yer alıb. Eyni zamanda sosial şəbəkələrdə, ədəbiyyat saytlarında da türkcə şeirləri maraqla qarşılanıb. Şeirləri ara – sıra Azərbaycan mətbuatında da işıq üzünə çıxır. Azərbaycanda bir neçə qəzet, jurnal, almanaxlarda və saytlarda Əlinin şeirləri oxucuların ixtiyarına verilib. Şeirlərini Əli Rüzgar imzası ilə yazır.

Ardını oxu »

«Vaqif poeziya günləri» nə vaxt keçiriləcək?

   Məlum olduğu kimi Şuşanın işğalından sonra Qarabağda keçirilən bütün mədəni-kütləvi tədbirlər də bir növ qaçqın taleyi yaşamağa məcbur oldu. Həmin tədbirlər sırasında «Vaqif poeziya günləri» xüsusi önəm kəsb edirdi. Azərbaycanın müxtəlif guşələrindən, eləcə də dost, qardaş ölkələrdən şair və yazıçılar iyul ayında Şuşaya üz tutur və burda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi önündə bir-birindən gözəl şeirlər səsləndirirdilər.

Şuşa işğaldan azad edildikdən sonra ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Şuşada keçirilən və zamanında böyük diqqət çəkən mədəni-kütləvi tədbirlərə yenidən start verildi. İlk öncə Şuşada «Xarı Bülbül» festivalı keçirildi. Həmin fevtivalda bəyan edildi ki, Şuşada növbəti möhtəşəm tədbir «Vaqif poeziya günləri» olacaqdır. Bununla bağlı görülən işlərdən xəbər tutmaq üçün Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidlə əlaqə saxladıq:

Ardını oxu »

Aynurə İncinin şeirləri

GEDiRƏM

Kövrək ümidimdən körpülər salıb,

Könül sarayından çıxıb gedirəm.

Büsbütün hikkəmi, öfkəmi alıb,

Sevgi qalasını yıxıb gedirəm.

Leysantək gözümdə yaşa dönsən də,

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: AÇIQ MƏKTUB

(“Bir qadına…” silsiləsindən)

Sən  məni  sevə  bilməzsən 
Sevsən  günaha  batarsan…
Yönün  mən olan  tərəfə – 
Bir  üzü  üstə  yatarsan…

Sən  məni  sevə bilməzsən –
Sevsən sinən  göynəyəcək…
Gözlərin  məni  gəzəcək –
Səni yesir  eyləyəcək…

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: HƏYATIMIN MƏNZƏRƏSİ…

(“Bir qadına…” silsiləsindən)

Yenə  kövrəlirəm, yenə  doluram
Gözlərim  divara, daş  söykənir…
Mən elə durumda, təbdə oluram –
Bu  hala  divar da, daş da  göynəyir..

Sıxılır  ürəyim qəm  caynağında
Kirpiklər  şeh  dərir,  çisgin hürküdür..
Mənim hisslərimin eşq  yaylağında –
Həsrət at  oynadır – yaman  bürküdür…

Ardını oxu »

Ədəbiyyatımızın “Cahandar ağa”sının anım günüdür

 Böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlını həyatda görməmişəm. Amma onun adını hardasa eşidəndə ilk yadıma düşən, ilk ağlıma gələn isim Cahandar ağa (obraz) olub. “Dəli Kür ” romanını da oxumuşam, eyni adlı filmə də baxmışam amma, hər dəfə Cahandar ağanı İsmayıl Şıxlı kimi qavramışam. Elə hesab eləmişəm ki, hökmlü, mərd, yaxşını yamana verməyən, bir sözlə o bəy elə İsmayıl müəllimin özüdür. Baxmayaraq ki, İsmayıl Şıxlının oğlu yazıcı Elçin Şıxlı deyir ki, Cahandar ağa Qara Nəbi adlı şəxsin və İsmayıl Şıxlının ana tərəfdən babasının prototipidir.

Amma hec bunu qəbul edə bilmədim. Bir yandan da nasirin “Azərbaycan gəncləri” qəzetinə (20 dekabr 1988-ci il) verdiyi müsahibədə:”…özümdən uydurma süjetlər, hadisələr qura bilmirəm. Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. ” Dəli Kür ”də həmçinin, hekayələrim də bu qəbildəndir”-deməsi məni fikrimdə qalmağa sövq edir. Bütün bu düşüncələrim İsmayıl Şıxlının oxucusu kimi subyektiv fikirlərimdi.

Ardını oxu »

Əbülfət Mədətoğlundan yeni kitab

Tanınmış şair, publisist Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı nəşr olunub.  “Dörd divar…Allah, O və mən…” adlı kitab Adiloğlu nəşriyyatında çap olunub.

500 nüsxəylə nəşr olunan kitabın redaktoru Fəridə Rəhimlidir.

Kitabda toplanan şeirlər müəllifin son dövr yaradıcılığının məhsuludur. Əsasən vətən, sevgi və təbii ki, insani duyğuların ifadəsidir. Oxucuların yolunu gözləyən bu kitabı tezliklə kitab satış məntəqələrindən ala bilərlər.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2021
S M T W T F S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 393
  • 105
  • 17,784
  • 40,899
ILK-10 Azeri Website Directory