Ədəbiyyat

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “…Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü gördü

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Əlimərdan bəy Topçubaşovun “…Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü görüb.

Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və ən fəal xadimlərindən biri, Parlamentimizin ilk sədri Əlimərdan bəy Ardını oxu »

Mehriban Əliyeva Anarı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarı 80 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:

“Hörmətli Anar müəllim.

Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz Ardını oxu »

Xalq yazıçısı Anardan 3 dildə yeni kitab

“AybKitab” layihəsi çərçivəsində Xalq yazıçısı Anarın “Səhra yuxuları” kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın 525.az-a verdiyi məlumata görə, “Səhra yuxuları” pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib. Ardını oxu »

“Ulduz” jurnalının fevral sayında…

Bugünlərdə “Ulduz” jurnalının yeni sayı işıq üzü görüb.
Jurnalın bu sayı da ənənəvi olaraq ekspert rəyi ilə açılır. Bu dəfə Natiq Məmmədli Cümhuriyyət ilinin birinci “Ulduz”undan yazıb. “Özüylə söhbət”in yeni qonağı şair Hikmət Məlikzadədir. Şairin özüylə söhbətini şeirləri izləyib.

Elçin Hüseynbəylinin “Qəfil getmək” hekayəsinin təqdim olunduğu “Ulduz” jurnalının artkaspi.az saytının birgə layihəsi olan “Variasiya”nın qalibləri açıqlanıb. Ardını oxu »

Xoşbəxt adamlardan biri – Esmira Fuad

İnsanlar inansa da, inanmasa da, onları bir çeşid bəxt təqib edir. İçimizdə hərdən abardıb, hərdən də umursamadığımız bəxt öz metafiziki varlığını doğrultmayınca, sahibinə müsbət, ya da mənfi təsir göstərə bilməz. Olduqca doğal və təbiidir ki, kimsə özü üçün mənfi bəxt aramaz. Fəqət müsbət bəxti əldə etmək o qədər də asan deyil.

Bəxtin iqtisadi, ictimai, mənəvi, lirik, epik, mistik və başqa qolları varsa, onun arama və yiyələnmə qollarının da var olması gərəkdir. Ardını oxu »

Türkiyədə Mir Cəlalın hekayələr toplusu nəşr edildi

KİTAB TÜRK ƏDƏBİYYATI VƏQFİNİN YENİ SERİYASI ÜZRƏ ÇAP OLUNUB

Bugünlərdə görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlalın “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb.
Yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci kitabdır. Ardını oxu »

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər – erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.
Konfransı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib.
Ardını oxu »

Bir kitablıq söz

Bir kitablıq söz<b style="color:red"></b>

Bugünlərdə “Təhsil” nəşriyyatında nəşr edilmiş kitab belə adlanır: “Bir kitablıq söz”. 
Kitab tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənlinin 70 illik yubileyi münasibətilə çap edilib.
Kitabda yazıçının 1982-ci ildə “Yazıçı” nəşriyyatında nəşr olunmuş “Mənim dünyamın adamları” adlı hekayələr kitabı da daxil olmaqla bu günə kimi nəşr olunmuş 30-a qədər kitabı haqqında yazılmış resenziyalar, məqalələr toplanıb.
Yazıçının oğlu Ceyhun Mustafayev tərtibçisi olduğu kitabın ön sözündə məramını belə açıqlayıb: “Bir oğul kimi mən ona dünyanın ən qiymətli hədiyyəsini almaq istərdim, amma hər insan üçün “ən qiymətli hədiyyə” anlayışı fərqli məzmun daşıyır. Kiminə görə maddi, kiminə görə mənəvi hədiyyə qiymətli olur. Mənəviyyat adamı olmasını nəzərə alıb mən ona özünə layiq bir hədiyyə vermək istdim.
Ardını oxu »

Şairin xatirəsinə ehtiramla…

Şairin xatirəsinə ehtiramla...<b style="color:red"></b>

Oktyabrın 14-də II “Məmməd Araz Poeziya günü”nə həsr olunmuş yekun tədbirlər keçirilib. Əvvəlcə Fəxri xiyabanda unudulmaz şairin məzarı ziyarət edilib.

Anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Ardını oxu »

Bahara aldanan şair

Bahara aldanan şair<b style="color:red"></b>

PROLOQ

“Məni kəndimizdə basdırarsınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə.
Gələr qulağıma şırşırı arxın”.

“Var olmağın cəfaları çox imiş,
Yox olmaqdan gözəl heç nə yox imiş” –

deyib öz şair qənaətinə tapındınmı bunca inamla?! Allahdan gəlirdi, öncəduyum mələyi pıçıldayırdı qulağına yoxsa? 60 illiyin bir neçə yerdə yüksək səviyyədə, ən başlıcası səmimiyyət ovqatında keçirildi. Elə hey tutuşdurdun ki, görərsən, mənə nəsə olacaq, son vaxtlar məni yaman çox istəyirlər – deyə-deyə.
Ardını oxu »

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory