Ədəbiyyat

Əslən Şəkidən olan türk şair baba yurdunda

Əslən Şəkidən olan türk şair baba yurdunda<b style="color:red"></b>

Bugünlərdə əslən Şəkidən olan türkiyəli şair-publisist Coşqun Qarabulud və xanımı, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəvətilə Bakıya gəlib.

Qonaqlar paytaxtla tanış olub, Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyev və oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Ardını oxu »

Müəllifinin ad günündə təqdim olunan “Səhnə” – Fotolar

Müəllifinin ad günündə təqdim olunan "Səhnə" - <b style="color:red">Fotolar</b>

Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında yazıçı Pərvinin “Səhnə” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə teatr xadimləri, yazıçılar, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid həm Pərvinin ümumi yaradıcılığı,  həm də yeni kitabı haqqında geniş məlumat verib. Qeyd edib ki, kitabda Pərvinin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb. Ardını oxu »

Şeirin kasad bazarı və ya zər qədrini zərgər bilər

Şeirin kasad bazarı və ya zər qədrini zərgər bilər<b style="color:red"></b>

Bəşəriyyət yarandığı, insan insanlığını dərk etdiyi ilk gündən ritmli, ahəngdar şeir sənətinə, bədii sözə maraq böyük olmuşdur. Bunu saysız-hesabsız folklor nümunələrimiz: əmək, mövsüm və mərasim nəğmələrimiz, bayatılarımız, laylalarımız, ağılarımız  əyani şəkildə sübut etməkdədir.
Xalqın yaddaşına hopub əsrlərin o başından bu başına gəlib çıxan dəyərli poetik nümunələr həm onda ifadə olunan məzmunun, həm də düşüncə tərzinin, fikri nə şəkildə ifadə etmə ustalığının sayəsində uzunömürlü olmuşdur. Məhz ahəngin, ritmin, qafiyənin, ümumiyyətlə poetik biçiminin gözəlliyi lirik parçaların yaddaşlarda əbədi yaşamasının təminatçısına çevrilmişdir.

Ardını oxu »

Xalq yazıçısı Anarla Sumqayıtda görüş

Xalq yazıçısı Anarla Sumqayıtda görüş <b style="color:red"></b>

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin birgə təşəbbüsü ilə Birliyin sədri, Xalq yazıçısı Anarın Sumqayıtda oxucularla görüşü keçirilib.  
AYB katibi Rəşad Məcidin də iştirak etdiyi görüşdən əvvəl qonaqlar yeni inşa edilmiş Heydər Əliyev mərkəzi, 3 saylı uşaq incəsənət məktəbi, Sumqayıt Dövlət Dram Teatrı və yeni salınmış bulvarla tanış olublar.

Ardını oxu »

Azərbaycan-Kolumbiya ədəbi əlaqələri genişlənəcək – Fotolar

Azərbaycan-Kolumbiya ədəbi əlaqələri genişlənəcək - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli Kolumbiya yazıçısı və ədəbiyyat tədqiqatçısı, Markes irsinin bilicisi Konrado Zuluaga ilə görüş keçirilib.
K.Zuluaga V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Kolumbiyanın Azərbaycandakı səfırliyinin dəstəyi ilə Bakıya səfər edib.

AYB-dəki görüş Birliyin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Görüşdə Birliyin sədri, Xalq yazıçısı Anar, Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Qalindo Pena, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AYB katibi İlqar Fəhmi, “Qobustan” toplusunun baş redaktoru Vaqif Əlixanlı, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Elçin Hüseynbəyli və başqaları iştirak ediblər. Ardını oxu »

Yazıçı Pərvin gənc ədiblərlə görüşdü – Fotolar

Yazıçı Pərvin gənc ədiblərlə görüşdü - <b style="color:red">Fotolar</b>

Sentyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib.
Tədbiri giriş sözü ilə açan Məktəbin rəhbəri, AYB-nin katibi Rəşad Məcid gəncləri salamlayıb, GƏM-in budəfəki qonağı yazıçı Pərvin haqqında ümumi məlumat verib: “Biz daha əvvəldən Pərvinlə gənc ədiblərinin görüşü barədə düşünürdük. İş elə gətirdi ki, bu görüş sentyabr ayında keçirilir. Pərvin bizim I Gənc Ədiblər Məktəbinin müdavimlərindəndir. O, son illərdə Azərbaycanda çoxtərəfli fəaliyyət göstərən yazarlardandır. Ardını oxu »

Rafael Hüseynov Kürdəmirdə ədəbiyyat müəllimlərilə görüşdü – Fotolar

Rafael Hüseynov Kürdəmirdə ədəbiyyat müəllimlərilə görüşdü - <b style="color:red">Fotolar</b>

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovla sözügedən Muzeyin Kürdəmirdəki Aran Regional şöbəsində ədəbiyyat müəllimlərinin görüşü keçirilib.
Yeni dərs ili münasibətilə keçirilən görüşdə klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəsilə sevdirmək, layiqincə tədris və təbliğ etmək yönündə müəllimlərə gərəkli tövsiyələr verən akademik Rafael Hüseynov müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan da bəhs  edib.

Ardını oxu »

Uca dağ başında – Əbdürrəhim bəy Haqverdiyevin hekayəsi

Uca dağ başında - <b style="color:red">Əbdürrəhim bəy Haqverdiyevin hekayəsi</b>

525.az Əbdürrəhim bəy Haqverdiyevin “Uca dağ başında” hekayəsini təqdim edir.

Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda оlan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal оlub. Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, о şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni оlmuşdur.

Ardını oxu »

Türk dünyası gəncliyinin ədəbiyyat qovşağı – İstanbul

Türk dünyası gəncliyinin ədəbiyyat qovşağı -<b style="color:red"> İstanbul </b>

Müşfiq ŞÜKÜRLÜ

Məkkəni dünyanın mərkəzi hesab edənlər var. Bilmirəm, bu, coğrafi hesablamaların nəticəsidir, yoxsa elə islam təəssübkeşlərinin fikridir. Amma Pamukun “Qara kitab”da, “Məsumiyyət muzeyi”ndə bizi küçə-küçə gəzdirdiyi şəhəri – İstanbulu öz ayaqlarınız, öz gözlərinizlə tanıdıqca dünya xəritəsini gözdən keçirməyə bir də ehtiyac duyursan. Əlbəttə, dünyaya bir paytaxt axtarıb tapmaq vacibdirsə.

Bu zaman İstanbulda dodağında siqaret, çarşaflı bir qadının yanından ötüb keçmək Məkkə və dünyayla bağlı teolojik fikirləri bulandırır. Bəlkə İstanbul haqda oxuduqların, eşitdiklərin səbəbiylə çox da təəccüblənmirsən. Ardını oxu »

Moldova səfirliyində mətbuat konfransı

Moldova səfirliyində mətbuat konfransı<b style="color:red"></b>

Dünən Moldova Respublikasının Azərbaycandakı səfiri George Leuka  ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu birgə mətbuat konfrans keçiriblər.

Səfir G.Leuka S.Babullaoğlu ilə birlikdə jurnalistlərlə görüşərək son aylar ərzindəki fəaliyyətləri barədə məlumat vermək qərarına gəldiklərini bildirib:
“Mən ilk növbədə “Dünya ədəbiyyatı” dərgisinin Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayı və Moldovada rumın dilində nəşr olunacaq “Azərbaycan nəsri antologiyası”nı qeyd etmək istəyirəm. Ardını oxu »

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 44
  • 40
  • 685
  • 4,419
ILK-10 Azeri Website Directory