Rəsmi

“Bu çirkin rejimin belini qırırıq, qıracağıq”- İlham Əliyev

"Bu çirkin rejimin belini qırırıq, qıracağıq" - <b style="color:red">İlham Əliyev</b>

“Biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib.

Ardını oxu »

“Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər”

"Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər"<b style="color:red"></b>

Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir.

Ardını oxu »

“Qarabağı işğaldan azad edəcəyinizə hamımız inanırıq”

"Qarabağı işğaldan azad edəcəyinizə hamımız inanırıq" - <b style="color:red">Prezidentə yazırlar</b>

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməyə davam edir.

Şervin Nəcəfpur və Atabəy Nəcəfpurdan, Oslo, Norveç

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk.

Ardını oxu »

“Ermənistan prezidenti özünün faşist mahiyyətini nümayiş etdirib”

"Ermənistan prezidenti özünün faşist mahiyyətini nümayiş etdirib"<b style="color:red"></b>

Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib.

Ardını oxu »

İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”

İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”<b style="color:red"></b>

“Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri.

Ardını oxu »

“Bir neçə müdafiə xəttinin yarılması bizə növbəti üstünlüklər verir”

"Bir neçə müdafiə xəttinin yarılması bizə növbəti üstünlüklər verir"<b style="color:red"></b>

“Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi təbii ki, bu sirr deyil. Biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik, ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi, ondan əvvəl Hadrut işğalçılardan azad edildi.

Ardını oxu »

Prezident: “Biz baza prinsiplərinə sadiqik”

Prezident: “Biz baza prinsiplərinə sadiqik”<b style="color:red"></b>

““Madrid prinsipləri”ni gündəmdə tuturuq. Mən bunu artıq açıqlamışam. “Madrid prinsipləri” adlandırılan baza prinsiplərinə biz sadiqik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, çünki bu prinsiplər bizim maraqlarımıza cavab verir:

Ardını oxu »

“Türkiyə-Azərbaycan birliyi artıq reallıqdır, hər kəs bununla barışmalıdır”

“Türkiyə-Azərbaycan birliyi artıq reallıqdır, hər kəs bununla barışmalıdır”<b style="color:red"></b>

“Bölgədə mövcud durum dəyişir. Son illər ərzində bizim bölgəmizdə daha geniş mənada dəyişən mənzərəyə nəzər salsaq, görərik ki, bir çox yeniliklər var”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Ardını oxu »

Dünyanın bir sıra tanınmış şair və yazıçılarından Prezidentə məktub

Dünyanın bir sıra tanınmış şair və yazıçılarından Prezidentə məktub <b style="color:red"></b>

Dünyanın bir sıra tanınmış şair və yazıçıları Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.

Məktubda deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin üzləşdiyi çətin vəziyyət və ərazi münaqişəsi bütün dünya ictimaiyyəti ilə yanaşı, biz yazıçı və şairləri də narahat edir. Lakin Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz bizim hər birimizi qarşıdakı parlaq günlərə və xoşbəxt gələcəyə ümidləndirir.

Ardını oxu »

İlham Əliyev: “Bütün dağılmış yerləri bərpa edəcəyik”

İlham Əliyev: “Bütün dağılmış yerləri bərpa edəcəyik”<b style="color:red"></b>

“Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi bəzi yerlərə artıq mətbuat nümayəndələri də gedirlər, bəzi yerlərdə isə hərbçilər özləri çəkiliş aparırlar:

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 16
  • 12
  • 298
  • 2,692
ILK-10 Azeri Website Directory