Media

Mətbuat Şurası beynəlxalq təşkilatlara, xarici media qurumlarına müraciət etdi

Mətbuat Şurası beynəlxalq təşkilatlara, xarici media qurumlarına müraciət etdi<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara, xarici media qurumlarına müraciət edib.

MŞ-dən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:

“Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin törətdikləri hərbi təxribatlara cavab olaraq 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatına qərar vermiş, Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməyə başlayıb.

Ardını oxu »

Milli Mətbuat günü qeyd olunur

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür.

APA-nın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Ardını oxu »

Azərbaycan milli mətbuatı 143 yaşında

Bu gün Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur.

Trend-in məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Ardını oxu »

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirildi

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə  Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Prezidentinin 2018-ci il 16 iyul tarixli “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə Ardını oxu »

Anadolu Universiteti milli mətbuatın 143 illiyi ilə əlaqədar tədbir keçirdi

Bu gün Türkiyənin Anadolu Dövlət Universitetinin, Türkiyənin Azərbaycandakı səfirliyinin və Azərbacan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilati dəstəyilə “Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi” münasibətilə tədbir keçirilib. Ardını oxu »

Mətbuat Şurasından İlham Əliyevə təbrik

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Şuradan “Report”a verilən məlumata görə, məktubda bildirilib ki, 11 aprel Prezident seçkiləri Azərbaycanın taleyində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Ardını oxu »

Əli Əhmədov rusiyalı jurnalistlərlə görüşdü

Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının sədr müavini–icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşüb. 

APA-nın məlumatına görə, mətbuat konfransında Ə. Əhmədov prezident seçkilərinə hazırlıq prosesindən bəhs edərək qeyd edib ki, Ardını oxu »

Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi, İdarə Heyəti formalaşdı

Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib. 

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ardını oxu »

Jurnalistlərin VII qurultayının proqramı açıqlandı

Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, qurultay nümayəndələri həmin gün saat 09.00-dan başlayaraq qeydiyyatdan keçməlidir.

Ali məclis saat 10.00-da öz işinə başlayacaq. Qurultayda Azərbaycan Ardını oxu »

Mirşahinin televiziyasına lisenziya verildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.  Ardını oxu »

Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 17
  • 13
  • 299
  • 2,693
ILK-10 Azeri Website Directory