Mədəniyyət

İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

Səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Ardını oxu »

Nazirlər Kabineti bu əsərlər və filmləri varidatı elan edib

Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib.

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilib.

Ardını oxu »

“Eurovision 2019” başladı

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, “Eurovision kəndi” Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ  müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

Ardını oxu »

Əbədi ömür

İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır. O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.

Ədibin həyat yolu çətin, mənalı və unudulmazdır. Bu yol çoxlarına örnək ola biləcək qədər qiymətli və şərəflidir. Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib kənd məktəbində müəllim işləyən İsmayıl Şıxlı çox keçmir ki, İkinci Dünya müharibəsinin dəhşətləri ilə üz-üzə gəlir.

Ardını oxu »

Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.

ONA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparatının Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki, builki forumun 3 vacib istiqaməti var. Bunlar müxtəlifliyin idarə edilməsi, gənclərin liderliyi, miqrasiya və insan təhlükəsizliyidir.

Ardını oxu »

Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub

İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqslərini nümayiş etdiriblər.

Həmişəki kimi İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.

Türk diasporunun üzvilərinin giriş sözü ilə başlayan tədbirdə iştirak edən İsveç-Azərbaycan Dərnəyinin üzviləri də çıxış ediblər. Dərnək üzviləri ölkəmiz haqqında məlumat verərək, Azərbaycanda uşaqlara və onların hüquqlarının qorunmasına mühüm önəm verildiyini qeyd ediblər.

Ardını oxu »

Zərif və güclü qadın – Rəfiqə Sadıqova

“Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Ali Media Mükafatçısı, nəhayət istedadlı jurnalist – Rəfiqə xanım Sadıqovanın 70 illik yubileyinə həsr edilən “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçirilib. Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalından baş tutan gecənin təşkilatçısı Tərifə Abbasova iştirakçıları salamlayaraq, geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə xanımın həyat və yaradıcılığından bəhs edən video-çarxı tədbir iştirakçılarına təqdim edib.

Ardını oxu »

Rəfiqə Sadıqovanın yaradıcılıq gecəsi keçiriləcək

Bu gün saat-15:00-da Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-publisist, istedadlı jurnalist, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə xanım Sadıqovanın “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçiriləcək.

Gecədə geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə xanımın həyat və yaradıcılığından söz açılacaq. Yazıçı-publisistin 2 roman, 2 povest və 5 hekayəsinin yer aldığı, bu yaxınlarda oxucuların ixtiyarına verilən “Gecikmiş etiraf” kitabına nəzər salınacaq.

Ardını oxu »

Əbədiyyət işığı

Hər sənətin insana əbədiyyət qazandıran mənəvi ucalıqları var. Yetər ki, bu sənətə qəlbinin sevgisini qoyasan. Ona sıradan bir iş kimi yox, öz taleyin kimi baxasan, müqəddəs bir dəyər gözündə görəsən.

Onunla ruhunun, vicdanının, mənəviyyatının rəsmini cızasan. Onda sənət insanı əbədiyyət zirvələrinə yüksəldəcək. Heç zaman da oradan yerə enməyə qoymayacaq.

Ardını oxu »

Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib

Gəncədə Azərbaycan əhalisinin sayının 10 000 000-na çatması bayram edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev meydanında konsert proqramı təşkil olunub. Konsertdə şəhər icra hakimiyyətinin rərbəri Niyazi Bayramov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,  sakinlər və şəhərin qonaqları iştirak edibər.

Ardını oxu »
Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 122
  • 16
  • 580
  • 2,451
ILK-10 Azeri Website Directory