Xəbərlər

Zakir Həsənov Anjey Kaspşiklə görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Ardını oxu »

Birinci vitse-prezidentin köməkçisi:”Məhkəmələrin işinə müdaxilələrin qarşısı alınacaq”

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanla müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyyələr verilib”.

ONA-nın xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə müzakirələr” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasıdır:

Ardını oxu »

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatdı

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

Ardını oxu »

Elçin Quliyev “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Bu gün Dövlət sərhəd xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sərhə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” sərhəd dəs­tə­sinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.

DSX-dan ONA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olub.

Ardını oxu »

Prezident İlham Əliyev din xadimləri ilə görüşəcək

“Bəzi adamlar hakimiyyətə gəlmək istəyir. Amma onlar bacarmayacaq, çünki onların zatı yoxdur”. 
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. 

O qeyd edib ki, Heydər Əliyev Kommunist Partiyasının Siyasi Bürosunda olsa da, həmişə dini əqidəsinə sadiq olub: “Biz moizələrimizdə bugünkü şəraiti yazırıq, ancaq bəziləri onları demir. Bizim borcumuz həqiqəti xalqa çatdırmaqdır. Bəzi imamlarımız, axundlarımızla bağlı belə məsələlərdən xəbərdarıq və bu məsələnin üzərinə qayıdacağıq. 

Ardını oxu »

Şimali Koreyada yeni taktiki silahın sınağı keçirildi

Şimali Koreya lideri Kim Çen In yeni taktiki silahın test atışında iştirak edib.

ONA TASS-a istinadən xəbər verir ki, söhbət kiçik radiuslu raketdən gedə bilər.

Bildirilir ki, yeni silah möhtəşəm ballistika xüsusiyyətlərinə və güclü döyüş başlığına malikdir.  

Ardını oxu »

Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.

Ardını oxu »

Tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanıldı

Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin fərdi keyfiyyətləri, müasir ümumqoşun döyüşünün idarə edilməsi üzrə təcrübələri, praktiki vərdişləri, taborun silahlanmasında olan silah və hərbi texnikanın döyüş tətbiqi qaydaları, o cümlədən istismarı üzrə bilikləri də qiymətləndirilib.

Ardını oxu »

“Azərbaycanın Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları ilə təc­hiz olunub”

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunub, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, bunu xidmətin rəisi general-polkovnik Elçin Quliyev Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasi­mində deyib.

Ardını oxu »

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşdü

Azərbaycanın müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, BƏƏ-nin Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əlbavardi Əl Flasi ilə görüşüb.

Ardını oxu »
Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 124
  • 18
  • 582
  • 2,453
ILK-10 Azeri Website Directory