Xəbərlər

Nazpəri Dostəliyevanın oğlu vəfat edib

Nazpəri Dostəliyevanın oğlu vəfat edib<b style="color:red"></b>

Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev vəfat edib.

525.az xəbər verir ki, bu barədə APA-ya N. Dostəliyevanın bacısı məlumat verib.

Ə. Quliyev bu gün günorta saatlarında ürəktutmasından vəfat edib.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: GÖZƏ KÜL ÜFÜRMƏK OLMAZ

Bizim millət həmişə bayramlar gələndə bir şeyə can atır. Ki, heç olmasa, adi günlərdə də ala bilmədikləri mer-meyvə, digər ləziz yeməklər və şirniyyat məhsulları süfrədə olsun. Hətta ən kasıb adam belə Novruzda süfrəsini dolu görmək istəyir. Ən azından o süfrədə şəkərbura, paxlava, badambura, bununla yanaşı, qoz, fındıq, badam və digər çərəzlər stolun üstündə olsa, bu bayram süfrəsi arxasında əyləşənlərin hamısının sevincinə səbəb olar.

Ardını oxu »

“Erməniləşdirilən”, eksponatları xaricə satılan Azıx mağarası: “Prezidentin izi ilə”

Qarabağ işğal olan gündən ermənilərin bəd niyyətləri ilk öncə qədim tariximizə tuşlandı. İşğal etdikləri ərazilərdə təkzibedilməz faktlarına görə dəyişdililməsi mümkün olmayan tarixi abidələri darmadağın etdilər, hansı ki, Alban abidələridir , üzərində albanlara məxsus dəsti-xətt vardı, onları da erməniləşdirirdilər. Belə xəbərləri mütəmadi olaraq erməni mətbuatı yazırdı. Amma elə tarixi məkan və abidələr var ki, onların üzərində daha asan “erməniləşdirmə“ əməliyyatı aparmaq mümkün olurdu.

Ardını oxu »

“Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir”

"Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir"<b style="color:red"></b>

Ermənistan Rusiyanın bu ölkədəki hərbi bazasının imkanlarının genişləndirilməsində maraqlıdır.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

“Rusiyanın Ermənistan Respublikası ərazisindəki hərbi bazasının genişləndirilməsi və potensialının artırılması məsələsi hər zaman gündəlikdə olub. Baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün erməni tərəfi həmişə bunda maraqlıdır.

Ardını oxu »

Baş Prokurorluq sosial şəbəkə istifadəçisinə xəbərdarlıq etdi

Baş Prokurorluq sosial şəbəkə istifadəçisinə xəbərdarlıq etdi<b style="color:red"></b>

İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirən şəxsə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış informasiyaların düzgünlüyünün yoxlanılması ilə bağlı dəfələrlə tövsiyyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir.

Ardını oxu »

Ermənistan Qazax istiqamətində atəşkəsi pozub

Ermənistan Qazax istiqamətində atəşkəsi pozub<b style="color:red"></b>

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən 525. az-averilən xəbərə görə, 02 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin

Ardını oxu »

İsrail səfiri Gəncəyə gəlib

IMG 6168

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə gəlib. Corc Dik Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib. O, mövcud vəziyyətlə yerində tanış olub, həmçinin erməni terroru nəticəsində ölən və yaralananların yaxınları ilə görüşüb.

Ardını oxu »

Ordumuza təslim olan mayor erməni xalqına müraciət etdi

Ordumuza təslim olan mayor erməni xalqına müraciət etdi - <b style="color:red">Video</b>

Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.

APA-nın məlumatına görə, təqaüddə olan milis mayoru Edik Solakoviç Tonoyan 1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirib.

“Bundan sonra iki il ərzində qazanc dalınca Rusiyaya getmişəm. 2020-ci ildə isə koronavirusa görə ailəmlə birlikdə qazanc üçün Rusiyaya gedə bilmədim.

Ardını oxu »

Mehriban Əliyeva: Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin!

Ardını oxu »

Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Cuniçi Vada:
 Cənab Prezident, mənim Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnamə məktubunu və sələfimin məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 148
  • 45
  • 4,130
  • 22,192
ILK-10 Azeri Website Directory