Xəbərlər

O BÖYÜK ZİYALI

… Dünyada insanın üç böyük varlığa borcu var: Allaha, valideynə və müəllimə! Düşünürük ki, bu borcu hələ heç kim qaytara bilməyib. Amma sadəcə olaraq, hər an onları xatırlamaq, yada salmaq elə özü hardasa o borcun bir hissəsinin çiynindən götürülməsidi. Və biz də həmişə çalışmışıq ki, gücümüz nəyə çatırsa, Allahın, valideynin və müəllimin borcunu qaytaraq…

… Hər il o böyük ziyalını – BDU-nun müəllimi, filologiya elmləri doktoru, professor, kafedra müdiri, Milli Məclisin sabiq deputatı mərhum Şamil Qurbanovu doğum günündə yada salmışıq və xatırlamışıq. Ən azından ona görə ki,  Allah tərəfindən unudulmayan Şamil Qurbanov tələbələri tərəfindən də heç vaxt yaddan çıxmır. Çünki onun böyük ürəyi, ziyalı qəlbi və ən nəhayət, düşüncəsinin işığı həmişə bu xalqın, bu millətin üstünə düşüb.

Ardını oxu »

Ağstafada vəzifəli şəxs həbs edildi

Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı aşkar edilib.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Ardını oxu »

“Qarabağa dönüş” İctimai Birliyinin sədri məlum olub

“Qarabağa dönüş” İctimai Birliyinin sədri məlum olub<b style="color:red"></b>

Yeni yaradılan “Qarabağa dönüş” İctimai Birliyinin sədri məlum olub.

525.az xəbər verir ki, Tural Gəncəliyev yeni yaradılan ictimai birliyin sədri olub.

Qeyd edək ki, bu gün “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi buraxılıb və “Qarabağa dönüş” adlı ictimai birlik yaradılıb.

Ardını oxu »

Gözəlim məmləkətdə talayan talayanadır… – Əzizə İsmayılova yazır

Hələ nə qədər Alimpaşa`lar var yan-yörəmizdə bir Allah bilir… Hər küncdən, hər bucaqdan bir Alimpaşa boylanır üstümüzə… 

Haqqımızı yeyirlər, “niyə belə olmalıdır? Niyə axı olmalıdır belə?” deyə şüvən salıb bizi borclu çıxarırlar, yolumuzun dalana dirənməsi və asi olmamız üçün əllərindən nə gəlirsə edirlər bütün Alimpaşalar… Alırlar, satırlar, tikirlər, qururlar – özlərindən böyük Alimpaşaya rast gələnə kimi nə istəsələr, necə istəsələr elə də edirlər…

Ardını oxu »

Burada vaksin vurduran gənclərə pul veriləcək

Amerikanın Virciniya ştatında insanları vaksinasiya prossesinə cəlb etmək üçün fərqli üsul tətbiq ediləcək.

16-35 yaş arası ölkə vətəndaşları vaksin vurdurduğu halda onlara 100 dollar (170 manat) pul ödəniləcək.

Ardını oxu »

Ramazanın 13-cü gününün duası – İmsak və iftar vaxtı

Ramazanın 13-cü gününün duası - <b style="color:red"> İmsak və iftar vaxtı </b>

Bu gün Ramazan ayının 13-cü günüdür.

525.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da imsak vaxtı saat 04:08-də, iftar vaxtı isə 19:45-dədir.

13-cü günün imsak vaxtı üçün duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”

Ardını oxu »

Azərbaycanlı əsirlərə işgəncə verən erməninin həbs müddəti uzadılıb

Azərbaycanlı əsirlərə işgəncə verən erməninin həbs müddəti uzadılıb<b style="color:red"></b>

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

525.az-ın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb.

Ardını oxu »

Paşinyan Zəngəzura gəldi – Qalmaqal yarandı

Paşinyan Zəngəzura gəldi - <b style="color:red">Qalmaqal yarandı</b>

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfəri davam edir.

525.az Modern.az-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan hazırda Mehri şəhərindədir.

Burada o, xoşagəlməz sürprizlə qarşılanıb. Belə ki, vətəndaşlar onu “Nikol xaindir!”, “Nikol türkdür!” şüarları ilə qarşılayıblar.

Etiraz aksiyası polislərlə sakinlər arasında davaya çevrilib.

Ardını oxu »

Ramazanın yeddinci gününün duası – İmsak və iftar vaxtı

Ramazanın yeddinci gününün duası - <b style="color:red"> İmsak və iftar vaxtı</b>

Sabah Azərbaycanda Ramazan ayının yeddinci günüdür.

525.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 04:19, iftar isə saat 19:39-a təyin olunub.

Ramazan ayının 7-ci gününün duası:

“Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”.

Ardını oxu »

Kürdəmirin sabiq icra başçısının məhkəməsi başlayır

Kürdəmirin sabiq icra başçısının məhkəməsi başlayır<b style="color:red"></b>

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Baş Prokuroluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 53
  • 9
  • 18,884
  • 34,190
ILK-10 Azeri Website Directory