Səhiyyə

İnsan amilinə xidmət edən mütərəqqi siyasət

İcbari tibbi sığorta bütün ölkə üzrə uğurla tətbiq olunur

Sağlam ömür yaşamaq, xəstəliklərdən uzaq olmaq hər bir insan üçün həyatının əvəzolunmaz sərvətidir. Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövləti bu məsələdə hər zaman vətəndaşının yanındadır və əhalinin sağlamlığının qorunması Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Respublikamızda tibb sahəsində aparılan köklü islahatlar, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi, müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması buna bariz nümunədir.

Ardını oxu »

Koronavirusun “Delta” ştammı ölkəmizdə də aşkarlanıb

Dünyanı bürüyən COVID-19-un bütün növlərindən qorunmağın yeganə yolu vaksinasiyadır

Bir ildən artıq müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada ciddi səhiyyə problemi olmaqla, sosial və iqtisadi cəhətdən də gərginlik yaratmaqdadır. Bununla belə, SARS-CoV-2 infeksiyasına qarşı aparılan profilaktik tədbirlər, peyvəndlənmənin təşkili və səmərəliliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilir.

Ardını oxu »

Qanı təmizləyən üç məhsul

Müxtəlif xəstəliklər zamanı qana toksinlər və digər təhlükəli maddələr dola bilər. Ən yaxşısı onlardan tez azad olmaqdır. Bu işdə təmizləyici effektə malik xüsusi məhsullar daha faydalı ola bilər.

AZƏRTAC “MedicForum” saytına istinadla xəbər verir ki, belə məhsullardan biri, çoxlarımızın demək olar ki, hər gün istifadə etdiyi adi yerköküdür.

Lakin mütəxəssislər deyirlər ki, insanlar yerkökünü az yeyirlər.

Ardını oxu »

Beyni əqli zəiflikdən qoruyan qidalar

Yeni tədqiqata görə, balıq, tərəvəz və zeytun yağı ilə zəngin olan Aralıq dənizi pəhrizi insan beynini Alzheimer xəstəliyinə səbəb ola biləcək zülalın yığılmasından və sıxılmasından qoruya bilir. Tədqiqatın nəticələri mayın 5-də Amerika Nevrologiya Akademiyasının “Neurology” Tibbi jurnalının onlayn-buraxılışında dərc edilib.

AZƏRTAC xəbər verir ki, tədqiqat zamanı amiloid və tau adlanan anormal zülallar öyrənilib. Amiloid sızanaq, tau isə yumaqcıq yaradan zülallardır. Onların hər ikisi Alzheimer xəstəliyi olan insanlarda aşkarlansa da, normal idraklı yaşlı insanların beynində də tapıla bilər.

Ardını oxu »

Tərəvəz ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır

Edit Kouen Universiteti (ECU) tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə bir fincan nitratla zəngin tərəvəz yeməklə ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Araşdırma üçün Danimarkada yaşayan 50 mindən çox insanın məlumatlarından istifadə edilib. Onlar üzərində 20 ildən çox müddət ərzində müşahidələr aparılıb. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, alimlər nitratla zəngin tərəvəz yeyən insanlarda sistolik qan təzyiqinin təxminən 2,5 mm civə sütununa düşdüyünü aşkar ediblər.

Ardını oxu »

Peyvəndlərin effektiv olduğu təsdiqini tapır

Hazırda dünyanın əksər ölkələrində koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Tibb alimlərinin də vaksinasiya ilə bağlı yekdilliklə gəldiyi nəticə odur ki, yalnız peyvənd sayəsində əldə olunan kütləvi immunitet insanları bu təhlükəli virusdan qoruya bilər.

COVID-ə qarşı hazırlanan peyvəndlər barədə aparılan araşdırmaların nəticələri müsbət çıxıb. Artıq ABŞ-da könüllülərin iştirakı ilə “Oxford-AstraZeneca” peyvəndinin sınaqdan keçirilməsinin çoxdan gözlənilən nəticələri təsdiqlənib. Peyvəndin sınaqlarında əsasən ABŞ-da və eləcə də Çili və Peruda 32 mindən çox könüllü iştirak edib. “AstraZeneca” peyvəndi simptomatik COVID xəstəliyini dayandırmaqda 79 faiz və insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib. Eyni zamanda bu peyvəndin tromboza səbəb olması aşkar edilməyib.  “AstraZeneca” ilə bağlı hərtərəfli araşdırma aparmış Avropa Dərman Agentliyi (EMA) insanların bu peyvəndin təhlükəsizliyinə və faydasına əmin ola biləcəklərini bildirib.

Ardını oxu »

İcbari tibbi sığorta kağız üzərində qalacaq, yoxsa?..

Milyonlarla insanın illərdir gözlədiyi proses hələ ki, tam işlək deyil

Təqaüdçü Mehparə Əlixanlı aprelin 1-dən tətbiq edilən icbari tibbi sığorta sistemindən faydalanmaq arzusundadır, lakin ondan necə istifadə edəcəyini bilmir, milyonlarla digər həmvətəni kimi…

2550 sayda tibbi xidmətdən ödənişsiz yararlanma fürsəti

Xroniki xəstəliyi üzündən həkimə tez-tez müraciət etmək məcburiyyətində qalan Sumqayıt şəhər sakini M.Əlixanlının dediyinə görə, icbari tibbi sığorta xidmətlərindən istifadənin pulsuz olduğunu eşidib. Lakin aldığı məlumatlar səthi olduğundan bundan yararlanmaq üçün haraya və necə üz tutacağını bilmir.

Ardını oxu »

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik”

“Təcili yardım təcili hallar – infarkt, boğulma, nəqliyyat qəzaları, zəhərlənmələr və s. də çağırılmalıdır. Ümumən sağlam insanın hərarəti bir az qalxıbsa, panikaya düşmək, ona hansısa dərmanlar vermək lazım deyil. Hərarət bədənin cavab reaksiyasıdır, bədəndə hərarət varsa, bu, mübarizə deməkdir. Çox da yüksək olmayan hərarətli xəstəyə dava-dərman edəndə, əksinə biz onun immunitetini aşağı salırıq, bədənin müqavimətini söndürürük”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev Modern.az-ın suallarını cavablandırarkən deyib.

Ardını oxu »

Uşaqlarda vitamin çatışmazlığı

Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova AZƏRTAC-a deyib: “Uşaqlarda rast gəlinən yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir.

Ardını oxu »

Apreldən Bakı, Sumqayıt və Abşeronda tibbi sığortanın tətbiqinə başlanılır

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 3
  • 15,539
  • 44,171
ILK-10 Azeri Website Directory