Səhiyyə

Uşaqlarda vitamin çatışmazlığı

Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır.

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

Ardını oxu »

Acı bibər yemək ölüm riskini azaldır

Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə bir qədər azalda bilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Express” nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyllilik ölüm riskini nəzərəçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

Ardını oxu »

Peyvəndləmə prosesi mərhələli şəkildə davam edir

Artıq iki aydan çoxdur ki, yeni növ koronavirusa qarşı əksər ölkələrdə sürətli peyvəndləmə işi aparılır. Mütəxəssislər vaksinasiyanın qlobal bəlaya qarşı daha effektiv olması üçün bütün ölkələrdə onun tətbiqinin vacibliyini önə çəkirlər.

Dünyanın əksər ölkəsi Çinin “Sinopharm”, “Sinovac” və “CanSinBio” şirkətlərinin COVID-19 əleyhinə peyvəndlərindən istifadə etməyə üstünlük verir. Bununla bağlı “Global Times” qəzetində məlumat verilib ki, Avropa, Asiya və Latın Amerikasından təxminən 40 ölkə Çin istehsalı olan 500 milyon dozadan çox COVID-19 peyvəndini sifariş edib.

Ardını oxu »

Azərbaycan ön sıralardadır

Bu gün Azərbaycanda vaksinasiya tədbirlərinə başlanılmasından 28 gün keçir. Bu müddət ərzində bütün səhiyyə işçiləri, kollektivimiz vaksinasiya tədbirlərinə cəlb olunublar. Əhalinin müxtəlif qruplarından vaksinasiya olunmaq istəyi ilə xəstəxanaya kifayət qədər müraciət daxil olub.

Vaksinasiya tədbirləri aidiyyəti qurumlar tərəfindən xüsusi yaş qrupları, peşə, ixtisas və iş yerlərinə görə qruplaşdırılıb. Xəstəxanada Azərbaycanda akkreditasiya olunmuş 23 ölkənin səfirliyinin, 14 beynəlxalq təşkilatın üzvlərinə və buradakı nümayəndələrinə vaksinasiya həyata keçirilib. Onlar da çox həvəslə vaksinasiyada iştirak edirlər. Bu müddət ərzində heç bir ciddi əks-təsir və reaksiya qeydə alınmayıb.

Ardını oxu »

Yoluxmanın azalması heç kəsdə arxayınçılıq hissi yaratmamalıdır

Həkimlərə təşəkkürümüzü bildiririk və vətəndaşlara da çağırış edirik ki, Səhiyyə Nazirliyinin və TƏBİB-in verdiyi tövsiyələrə əsasən peyvənd işində fəallıq göstərsinlər.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Nazirlər Kabinetinin əməkdaşlarının vaksinasiyası zamanı jurnalistlərə deyib.

Ardını oxu »

Bu gündən ölkəmizdə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Bu gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır.

AZƏRTAC xəbər verir ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxtı bildiriləcək.

Ardını oxu »

Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır

Artıq bir neçə gündür ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu hər kəsi maraqlandıran məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: “Əvvəla, bu məsləhətləri nəinki vaksinasiyaya hazırlaşan və vaksinasiya olunan, eləcə də sağlam olanlara da məsləhət görürük.

Ardını oxu »

Tibb işçilərinin əmək haqları yenidən hesablanacaq – Agentlik sədri

Bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Z.Əliyev bildirib ki, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, qeydiyyatın elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bu istiqamətdə hər hansı gecikmə müşahidə olunmur, intensiv formada bütün ölkə üzrə xəstəxanalarda iş gedir”.

Ardını oxu »

Şişə düzgün yeridilmiş kurkumin xərçəngi 11 gün ərzində məhv edib

Bir qrup alim xərçəng əleyhinə təbii komponenti bilavasitə sümük xərçəngi hüceyrələrinə yeritmək üçün xüsusi qişa hazırlayıb.
AZƏRTAC “Xaytek+”ə istinadla xəbər verir ki, bu texnologiya dərmanın xərçəng hüceyrələrini cəmi bir neçə gün ərzində məhv etməsinə imkan verib. Sarıkökün tərkibindəki kurkumin maddəsi xərçəng şişləri əleyhinə xüsusiyyətləri ilə məşhurdur.

Ardını oxu »

Tərəvəzlərin yumurta ilə birgə qəbul edilməsi antioksidantların mənimsənmə dərəcəsini artırır

Tərəvəzləri toyuq yumurtası ilə birgə yemək daha yaxşıdır. Tədqiqatlar göstərib ki, orqanizm bu zaman daha çox antioksidant alır.
AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.
Amerikalı alimlərin tədqiqatları nəticəsində məlum olub ki, tərəvəzlərin yumurta ilə birgə qəbulu zamanı orqanizmin faydalı maddələri mənimsəməsi əhəmiyyətli dərəcədə artır.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 63
  • 10
  • 18,894
  • 34,200
ILK-10 Azeri Website Directory