Səhiyyə

Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib

\r\n\r\n

Sentyabrın 27-də Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib.\r\n\r\nAZƏRTAC xəbər verir ki, dünyanın tanınmış onkoloqlarının qatıldıqları konfransın iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.\r\n\r\n“Ramada Plaza” otelində keçirilən elmi konfransı giriş sözü ilə açan respublikanın baş onkoloqu Azad Kərimli alimlər, tədqiqatçılar və həkimlər arasında əməkdaşlıq əlaqələrinin qurulması, səhiyyə sahəsində ən son nailiyyətlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də qazanılan uğurların geniş təbliği baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.\r\n\r\n Ardını oxu »

Baş nazirin müavini: Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir

\r\n\r\n

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Ardını oxu »

Ekspertlər: Uşaqları kompyuter, planşet və smartfonlardan qoruyun

\r\n\r\n

Alimlər valideynlərə xəbərdarlıq edir.\r\n\r\nAZƏRTAC “The Daily Mail”ə istinadla xəbər verir ki, elm adamları valideynləri ciddi xəbərdarliq edir. Tədqiqatçıların qənaətinə görə, uşaqlar gün ərzində kompyuter, planşet və smartfonlardan 30 dəqiqədən artıq istifadə etməməlidir. Əks təqdirdə valideynlər bilməlidir ki, azyaşlı uşaqlar başını elektron cihazlarla yarım saatdan çox qatarsa, onlar 10-15 il sonra kəskin xroniki xəstəlikdən, osteoxondrozdan əziyyət çəkəcəklər.\r\n\r\n Ardını oxu »

100 il sağlam yaşamaq mümkündürmü

Bu baxımdan Pol Breqqin sağlamlıq nəzəriyyəsi xüsusi maraq kəsb edir. Çünki o, hətta 120 il sağlam və qocalmadan yaşamağın insan üçün çətin olmadığını bildirirdi. İdman təlimatçısı kimi əmək fəaliyyətinə başlayan Breqq ötən əsrin 30-cu illərindən sağlamlıqla bağlı məqalələrlə çıxış etmiş, təcrübələrini təkmilləşdirərək dünyada milyon tirajlarla nəşr edilib yayılan nadir sağlamlıq sistemlərindən birini yaratmışdır. Ardını oxu »

Gəncədə 600 uşaq tibbi müayinədən keçirilib

1Gəncədəki 3 saylı uşaq poliklinikasının həkimləri növbəti müayinə aksiyasını şəhərdəki 14 nömrəli orta məktəbdə keçiriblər. Həkim briqadasının tərkibinə daxil edilmiş pediatr, stomatoloq, oftalmoloq, nevropotoloq və digər ixtisaslı tibb işçiləri aksiya zamanı 600 şagirdi müayinə ediblər.\r\nPoliklinikanın baş həkimi Svetlana Salahova AZƏRTAC-a deyib ki, müayinə zamanı uşaqlarda elə bir ciddi xəstəlik aşkar olunmayıb. Ancaq bir neçə uşaqda müxtəlif göz xəstəliləri, dişlərdə karies və onurğa əyilmələri müəyyənləşdirilib. Bununla bağlı valideynlərlə söhbət aparılaraq, həmin xəstəliklərin aradan qaldırılması üçün tövsiyyələr verilib.

“Sağlamlıq aylığı”na start verildi

2\r\n\r\n \r\n\r\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması ilə bağlı verdiyi tapşırığa əsasən, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə “Sağlamlıq aylığı” adlı aksiyaya start verilmişdir.\r\nHazırda bütün ölkədə olduğu kimi, paytaxtın Nərimanov rayonunda da bu istiqamətdə konkret tədbirlər həyata keçirilir, sakinlər mütəşəkkil şəkildə tibbi müayinələrə cəlb edilir. Dünən rayonda yerləşən 8 nömrəli şəhər poliklinikasında əhalinin tibbi müayinəsi keçirildi. Ardını oxu »

Hansı məhsulun şirəsi daha xeyirlidir?

22Hər birimiz təbii şirəni çox sevirik. Həm görünüşü, həm də tərkibi ilə hər birimizi cəlb edən bu şirələr, dietoloqların fikrinə görə o qədər də xeyirli deyil. Bu məqalədə sizə bunun səbəbi və düzgün seçim etmək üçün lazımlı məlumat verəcəyik:\r\n\r\nƏn düzgün seçim — tərəvəz şirələri\r\nTərəvəz şirələri — qida rasionunuza təbii xeyirli bitki maddələrini əlavə etmək üçün ideal vasitədir. Tomat şirəsində olan likopin, prostat xərçəngi xəstəliklərinin təhlükəsini azaldır.Şəkər çuğunduru şirəsi isə arterial təzyiqi azalda bilir. Ümumilikdə isə tərəvəz şirəsinin tərkibində meyvə şirəsi ilə müqayisədə şəkər və kaloriy azdır, buna baxmayaraq natrinin miqdarı lazımım səviyyədədir. Ardını oxu »

Gəncədə cərrahlar cəmiyyəti yaradıldı

7Gəncədə cərrahlar cəmiyyəti fəaliyyətə başlamışdır. Bu barədə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədovun şəhərin tibb müəssisələrində çalışan cərrahlarla görüşündə qərar qəbul edilib. İdarənin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov deyir ki, əsas məqsəd Azərbaycanın böyük şəhərlərindən olan Gəncədə cərrahiyyənin səviyyəsinin yüksəldilməsi, beynəlxalq təcrübələrin öyrənilməsi və əməliyyatlarda tətbiqi və gənc cərrahların ixtisaslarının artırılmasıdır .\r\nGörüşdə çıxış edən professor Əlikram Məmmədov tibbin əsas sahələrindən olan cərrahiyyənin Gəncədə inkişaf yollarından danışıb. İxtisasca cərrah olan səhiyyə idarəsinin rəhbəri gənc cərrahların problemlərinə toxunaraq deyib: Ardını oxu »

Gəncədə gənc həkimlərlə görüş

16“Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar və eləcə də tibb sahəsində mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur.\r\nSiz gənc həkimlər də Azərbaycanın gələcəyisiniz, cəmiyyətimizin inkişafında və modernləşməsində əsas rol oynaya biləcək bir qüvvəsiniz. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Mən də sizin bilik və bacarığınıza, qabiliyyətinizə, enerjinizə arxalanıram və ümid edirəm ki, birlikdə Gəncə səhiyyəsinə yeni nəfəs, yeni ruh gətirə biləcəyik”. – Bu sözləri Gəncə Səhiyyə İdarəsinın rəisi, professor Əlikram Məmmədov gənc həkimlərlə görüşdə söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir. Ardını oxu »

İsmayıllıda tibb işçilərinin peşə bayramı qeyd olundu

Ismayıllıda tibb işçilərinin 18.06.2014Bu gün İsmayıllı səhiyyəsindən həvəslə danışmaq olar. Xəstələrin rayondan Bakıya – mərkəzə getməsinə heç ehtiyac da yoxdur. Çünki həm həkimlər peşəkardırlar, həm də xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb. Bəli, bu, həqiqətdir.\r\nAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsaitlə yenidən qurulan və müasir tələblər əsasında təmir olunan rayon mərkəzi xəstəxanasında işlər artıq başa çatıb. Yeni tibb avadanlıqları, diaqnostika və müalicə aparatları quraşdırılıb, həkim kabinetləri bütün ləvazimatlarla təchiz edilib. 2013-cü ildə isə Lahıc qəsəbəsində və İvanovka kəndində yeni xəstəxana, Topçu və Tircan kəndlərində həkim ambulatoriyası istifadəyə verilib. Ardını oxu »

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 9
  • 7
  • 397
  • 1,389
ILK-10 Azeri Website Directory