Təhsil

Təhsil işçiləri və tələbələrə vaksinasiya ilə bağlı güzəşt edilə bilər

Təhsil işçiləri və tələbələrə vaksinasiya ilə bağlı güzəşt edilə bilər<b style="color:red"></b>

“Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib”.

525.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müzakirələr davam edir: “Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək. Nəticədə onlar ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Ardını oxu »

Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır

Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır<b style="color:red"></b>

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

525.az-ın  Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Ardını oxu »

Ali məktəblərdə tədris distant olacaq?

Ali məktəblərdə tədris distant olacaq?<b style="color:red"></b>

Sosial şəbəkələrdə ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin distant formada başlayacağı ilə bağlı məlumatlar yayılıb.

525.az-ın məlumatına görə, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Report”a açıqlama verib. Sözçü bildirib ki, yayılan məlumatlarla bağlı onlarda məlumat yoxdur:

“Yəni mənim o xəbərdən xəbərim yoxdur. Məlumatlı deyiləm”.

Ardını oxu »

Bu imtahanlar şəhid və qazi övladları üçün pulsuz olacaq

Bu imtahanlar şəhid və qazi övladları üçün pulsuz olacaq<b style="color:red"></b>

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu və ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.

525.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara görə, aşağıdakı şəxslərə münasibətdə müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:

– ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

Ardını oxu »

Bu gündən müəllimlərin vakansiya seçimi başlayır

Bu gündən müəllimlərin vakansiya seçimi başlayır<b style="color:red"></b>

Bu gündən müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçiminə başlanılır.

525.az-ın məlumatına görə, vakansiya seçimi saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.

Ardını oxu »

2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu davam edir

Peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, peşə təhsili almaq istəyənlər avqustun 20-dək portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçənlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Ardını oxu »

Avqustun 20-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 20-dən 30-dək bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılacaq.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Ardını oxu »

Valideynlərin nəzərinə – Məktəbəhazırlıq üşün seçimlər başlayır

Valideynlərin nəzərinə - <b style="color:red">Məktəbəhazırlıq üşün seçimlər başlayır</b>

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə start verilir.

525.az xəbər verir ki, seçim prosesi saat 11:00-da başlayacaq. Valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə (www.mektebeqebul.edu.az) imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.

Ardını oxu »

Ermənilər Gədəbəy və Kəlbəcəri atəşə tutub

Ermənilər Gədəbəy və Kəlbəcəri atəşə tutub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Ardını oxu »

I ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər

Abituriyentlərin qəbul imtahanının mərhələləri üzrə topladıqları ballar elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2021
S M T W T F S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 393
  • 105
  • 17,784
  • 40,899
ILK-10 Azeri Website Directory