Təhsil

Nazirlik: “Ən çox vakant yerlər ibtidai sinif müəllimliyi üzrə olacaq”

“Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə üçün 500 nəfərə yaxın namizəd qeydiyyatdan keçib”.

APA xəbər verir ki, bunu müəllimlərin işə qəbulu ilə bağlı keçirilən brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.
E.Bağırov qeyd edib ki, növbəti mərhələ test imtahanı mərhələsi olacaq ki, bu da 8-24 iyul aralığında keçiriləcək. 

Ardını oxu »

I və IV ixtisas qrupları üzrə keçırilən qəbul imtahanı başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildorilib ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılıb.

Ardını oxu »

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

Təhsil nazirliyindən APA-ya verilən xəbərə görə, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Ardını oxu »

Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda 2018/2019-cu dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

“Report” xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilməlidir.

Tədbirlərdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak edə bilərlər.

Ardını oxu »

Nazirlik rəsmisi qəbul imtahanlarından danışdı

“Yüksək bal tələb edən ixtisaslara qəbul olunmaq istəyənlər ümumi qaydada ali məktəblərə qəbul imtahanlarında iştirak etməli olacaqlar. Çünki onlar üçün müəyyənləşdirilmiş minimum keçid balı yüksək bal tələb edən ixtisasları tutmaq üçün kifayət etməyəcək”. 

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən kollec məzunları üçün keçid balının olub-olmayacağına dair məsələyə münasibət bildirərkən deyib:

Ardını oxu »

IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40234 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

Ardını oxu »

Müəllimlərin yerdəyişməsinə başlanıldı

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu başlayır.

Elektron sənəd qəbulu iyunun 10-a qədər davam edəcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi iyunun ayının 24-də başa çatacaq.

Ardını oxu »

Məleykə Abbaszadə: “İlk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb”

“Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə prezidentinin müvafiq fərmanına əsasən, qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilib. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda, təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranıb”.

Ardını oxu »

DİM: “Olimpiada qalibləri 3-14 iyunda sənədlərini təqdim etməlidirlər”

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

ONA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Ardını oxu »

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət üzrə buraxılış imtahanı keçirildi

02 iyun 2019-cu il tarixdə saat 11:00-da 18 və 20 nömrəli tam orta məktəblərdə Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət üzrə buraxılış imtahanı keçirildi.

Ardını oxu »
Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 23
  • 15
  • 598
  • 4,233
ILK-10 Azeri Website Directory