Təhsil

İlk dərslər Xocalı soyqırımına həsr olunub

Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.

Ardını oxu »

4 məktəb koronavirusa görə bağlanıb

4 məktəb koronavirusa görə bağlanıb<b style="color:red"></b>

“Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür”.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Ardını oxu »

Paytaxtda V-IX siniflər üzrə əyani dərslər bərpa olundu

Paytaxtda V-IX siniflər üzrə əyani dərslər bərpa olundu <b style="color:red"></b>

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.

525.az xəbər verir ki, BŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin təşkili vəziyyəti ilə tanış olub. 

Bakıda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.  

Ardını oxu »

Müəllimlər üçün yeni müsabiqəyə start verildi

Müəllimlər üçün yeni müsabiqəyə start verildi<b style="color:red"></b>

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verilib.

525.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.

Ardını oxu »

Əyani tədrisin təşkili vəziyyəti

Əyani tədrisin təşkili vəziyyəti<b style="color:red"></b>

Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

Ardını oxu »

“Nizami dünyası və 2021-ci il” mövzusunda onlayn tədbir

“Nizami dünyası və 2021-ci il” mövzusunda onlayn tədbir<b style="color:red"></b>

“Nizami dünyası və 2021-ci il” mövzusunda onlayn tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov, “Tərəqqi” liseyinin direktoru Nasim Abışov, Əməkdar artist Azad Şükürov, Xəzər TV-nin baş direktoru Murad Dadaşov, İdarənin müvafiq struktur bölmə rəhbərləri,  məktəb direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Ardını oxu »

Fevralın 1-dən tədris mərhələli şəkildə bərpa olunur

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.

525.az-ın məlumatına görə, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə

Ardını oxu »

Azərbaycanda 84 xarici ölkədən tələbə təhsil alır

Azərbaycanda 84 xarici ölkədən tələbə təhsil alır<b style="color:red"></b>

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən 5,7 min tələbə də təhsil alır.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya və Pakistan İslam Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.

Ardını oxu »

Məktəb direktorları ilə onlayn görüş

Məktəb direktorları ilə onlayn görüş<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, görüşdə BŞTİ-nin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan BŞTİ-nin sektor müdiri Fuad Babayev Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq noyabrın 2-dən tədrisin distant qaydada təşkil olunmasında məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. 

Ardını oxu »

“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil”

“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil”<b style="color:red"></b>

“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil. Bəzən deyirlər hamıya planşet paylansa, vəziyyət düzələr”.

APA-nın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 78
  • 12
  • 18,909
  • 34,215
ILK-10 Azeri Website Directory