Qarabağ

Atəşkəs rejimi ara-sıra pozulub

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Ardını oxu »

“İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir”

“Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir”.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: 

Ardını oxu »

Tural Gəncəliyev: “Ermənistan anlamalıdır ki…”

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 24 iyun 2019-cu il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirib, “bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququ”ndan danışaraq, bunları “Dağlıq Qarabağ əhalisi”nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb. Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya “Dağlıq Qarabağ”a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən “təcavüz” və oradakı “əhalinin həyatı üçün təhlükə”dən bəhs edib.

Ardını oxu »

Vaşinqton görüşü nə ilə nəticələndi?

“ABŞ-ın CƏNUBİ QAFQAZDA VARLIĞINI GÖSTƏRMƏSİ AZƏRBAYCANIN MARAQLARINA UYĞUNDUR”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə nəticə əldə edilməyib. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”. 

Ardını oxu »

“Ümid edirik ki, Vaşınqton görüşündə daha konkret nəticələr əldə ediləcək”

“Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər”.

APA-nın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva son zamanlar baş vermiş hadisələrin fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ilə bağlı gözləntilərinə dair suala cavabında deyib.

Ardını oxu »

XİN: “Bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”

“Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır”.

APA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katib Leyla Abdullayeva bildirib.

Ardını oxu »

Fransa təşkilatı Azərbaycanın hüquqlarını tanıyan məhkəmə qərarını alqışladı

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel mayın 29-da bu ölkənin Serji (Cergy) İnzibati məhkəməsi tərəfindən Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış Dostluq xartiyasının ləğv edilməsi qərarını alqışlayıb.

“Report”un Fransa bürosunun məlumatına görə, o, bu saxta “sənəd”in qəsdən imzalandığını qeyd edib:

Ardını oxu »

“Xocalıda soyqırım törədən Ermənistanın rəhbərinin irqçilikdən danışmağa haqqı yoxdur”

“Ermənistanın baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq, idmanı siyasiləşdirməsi, görünür, onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir”.

ONA-nın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın “Arsenal” futbol klubunun oyunçusu Henrix Mxitaryanla telefon söhbətində onun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini vurğulamasına münasibət bildirərkən deyib.

Ardını oxu »

“Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonda da etnik təmizləmə həyata keçirib”

“Əslində Azərbaycan ərazilərinin 25 faizi Ermənistanın işğalı altındarır”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiya  Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

O deyib ki, hazırda Azərbaycanda Ermənistandan olan qaçqınların, Dağlıq Qarabağ və ətraf ərazilərdən məcburi köçkünlərin sayı 1 milyon nəfərdir:

Ardını oxu »

Paşinyan Dağlıq Qarabağa gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəlib.

ONA-nın “armenpress”-ə istinadən verdiyi xəbərə görə, onun Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı təşkil olunan qondarma “tədbir”də iştirakı gözlənilir.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory