Qarabağ

Məmmədyarov rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Moskvada rusiyalı və ermənistanlı həmkarları Sergey Lavrov və Zohrab Mnatsakanyanla görüşəcək.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Ardını oxu »

Nazir: “Ordumuzun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olub”

“Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşündə müdafiə naziri Zakir Həsənov bildirib.

Ardını oxu »

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş

Martın 28-i Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Ardını oxu »

Həmsədrlərin bəyanatı Paşinyanı dalana dirənmiş vəziyyətə salıb

Avropa İttifaqının ardınca ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatının dəyişdirilməsi cəhdlərinə “yox” demələri onun iflası kimi də qiymətləndirilə bilər. 
Paşinyan küçə siyasəti, populist çıxışları ilə hakimiyyətə gəldiyi kimi, digər arzularına da rahatlıqla çatacağını zənn edirdi.

Ardını oxu »

“Paşinyan konkret siyasət sərgiləmək məcburiyyətində qalacaq”

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə ilə bağlı verdiyi açıqlamalar son aylar danışıqların perspektivinə olan kövrək ümidləri heçə endirir.

Bunu Trend-ə açıqlamasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev deyib.

Ardını oxu »

“İsveçrə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərməyə hazırdır”

İsveçrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder bu gün keçirilən mətbuat konfransında deyib.

Ardını oxu »

Türkiyə səfiri: “Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq”

Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasimində deyib.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın kədərini bölüşür.

Ardını oxu »

Brüsseldə ümumavropa Qarabağ mitinqi

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında ümumavropa Qarabağ mitinqi keçirilir.

“Report” xəbər verir ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.

Ardını oxu »

Ermənistana məxsus taktiki PUA məhv edildi

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Ardını oxu »

Ermənistan ordusu atəşkəs rejimini 29 dəfə pozub

Atəşkəs rejimi 29 dəfə pozulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzindəatəşkəs rejimini 29 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonuərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory