Fevral 2, 2018

AMEA Aşqarlar Kimyası İnstitutunda 2 fevral – Gənclər Günü qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda 2 fevral – Gənclər Gününə həsr edilmiş tədbir keçirilib. Giriş sözü ilə çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır: “Ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Ulu öndərimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsi idi. Ümummilli Lider həmişə gənclərin bilik və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atırdı”.

Ardını oxu »

Türk əsgəri ümid yeri – “Zeytun budağı” əməliyyatına baxış

Ərəstü HƏBİBBƏYLİ
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini

Tarixən Azərbaycanın yerləşdiyi Qafqaz və yaxın təmasda olduğumuz Yaxın Şərq regionları dünyanın geosiyasi cəhətdən ən həssas və qaynar bölgələri hesab olunmuşlar.

Dünyanın əsas güc mərkəzlərinin bu coğrafiyada daimi maraqları hər zaman sabitliyə böyük təhdid olmuşdur. Yaşadığımız dövrdə də regionda böyük güclərin fərqli mövqe və niyyətləri geosiyasi mənzərəyə ciddi təsir göstərir. Müşahidələrimiz göstərir ki, XXI əsrin əvvəllərində baş verən proseslər bir çox xüsusiyyətlərinə görə XX əsrin əvvəllərində baş verən hadisələri xatırladır.

Ardını oxu »

Azərbaycan və Türkiyənın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfərin növbəti günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın doqquzuncu iclası keçirilib. Ardını oxu »

Rayon ərazisində növbəti reyd sakinlərin şikayətləri əsasında keçirildi

Xətai rayonunda bir neçə küçədə keçirilən reydlər və görülən tədbirlər vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə, icra nümayəndəliklərinə və bələdiyyə orqanlarına edilən müraciətlər  əsasında həyata keçirilir.
Rayon İcra Hakimiyyətinə rayon və qəsəbə bələdiyələrinə daxil olmuş müraciətlərdə rayon ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən,  uşaq əyləncə meydançalarından, salınan abad Ardını oxu »

Gənclər cəmiyyətin fəal qüvvəsidir

Qəbələ Rayon Gənclər və İdman İdarəsi “2 fevral Azərbaycan gəncləri günü” münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir.
Toplantı iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər qərənfillər qoymuşlar. Daha sonra tədbir Mərkəzinin ekspozisiya zalında davam etmişdir. Tədbirdə rayonun bütün sahələrində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak etmişdir. 

Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2018
S M T W T F S
« Jan   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728  
Statistika
  • 0
  • 19
  • 14
  • 615
  • 2,199
ILK-10 Azeri Website Directory