Fevral 3, 2018
Naxçıvan “Gənclər paytaxtı” elan edildi
2018-ci ilin “Gənclər paytaxtı” Naxçıvan şəhəri elan edilib.
APA-nın xəbərinə görə, bu 2 fevral – Gənclər günü ilə bağlı “Buta Palace” sarayında keçirilən tədbirdə elan edilib.
Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə “Gənclər paytaxtı” seçilib.
“Gənclər paytaxtı”nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub. Ardını oxu »
Əhalinin rifahının daha da yaxşılaşmasına yönələn siyasət yeni keyfiyyət mərhələsinə daxil olub
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu illər ərzində əldə olunan uğurlar barəsində danışdı. Bildirdi ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ardını oxu »
Yaradıcı gənclərə dövlət qayğısı artmaqdadır
Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi sənədlərin qəbulu dövlətimizin başçısının böyüməkdə olan nəslə diqqət və qayğısının bariz nümunəsidir. Ardını oxu »