Fevral 7, 2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsi ilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: Ardını oxu »

Ermənistan vətəndaşlığından imtina edən ermənilər

Ermənistan 1991-ci il 21 sentyabr tarixində müstəqilliyini elan etdikdən bu günə qədər sosial-iqtisadi sahədə qarşılaşdığı ən ciddi və dərin problemlərdən biri də vətəndaşlarının ölkəni tərk etməsi – miqrasiya problemi olmuşdur.

Müstəqilliyin ilk illərində ermənilərin ölkələrini tərk etməsinin əsas səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə yaşanan Dağlıq Qarabağ problemi, iqtisadi və sosial həyatın yaşayış minimumunun altında olması, böyük sənaye müəassisələrinin fəaliyyətini dayandırdığı üçün işsizliyin artması və digər amillər olmuşdur. Ardını oxu »

Gəncə Dövlət Universiteti: dünən, bu gün və sabah

Gəncə Dövlət Universitetinin (GDU) 80 yaşı tamam olur. Əslində, 80 il tarix üçün böyük rəqəm sayılmasa da, pedaqoji müəllim kadrlarına olan ehtiyacı ödəmək baxımından samballı bir göstəricidir. Qısaca da olsa, tarixə nəzər salaq. Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Gəncədə N.K.Krupskaya adına İkiillik Müəllimlər İnstitutu yaradılır. İnstitut üçün münasib baza olmadığından şəhərin M. Qorki adına 1 nömrəli orta məktəbinin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunan təhsil ocağının sərəncamına verilir. İlk vaxtlar institutda yalnız iki ixtisas-təbiət və fizika-riyaziyyat fakültələrinin təşkili planlaşdırılır və Gəncə İkiillik Müəllimlər İnstitutu 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayır. Ardını oxu »

Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir

Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bunun nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Qələndərov Natiq Arif oğludur.

Ardını oxu »

Vətəndaşlar fərdi qəbul edilib

Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini fərdi şəkildə qəbul etməsi Qazax rayonunda artıq ənənə şəklini alıb.
Bu gün rayon rəhbərliyi iş saatının bitməsinə baxmayaraq ərizə ilə müraciət edən bir qrup vətəndaşı fərdi qəbul edərək onları narahat edən məsələlərlə, qayğı və problemləri ilə maraqlanıb.

Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2018
S M T W T F S
« Jan   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory