Fevral 9, 2018

Ötən il Şəmkirdə 111 min 342 ton pomidor istehsal olunub

Ölkə iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin, hər bir rayonun öz payı, öz zəhməti var. Qazanılan bu nailiyyətlərdə Şəmkir rayonunun da payı az deyil. Çünki əlverişli coğrafi relyefi, münbit torpağı, bol su mənbələri hesabına burada ildə dörd dəfə məhsul götürülür.

Dövlət tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Şəmkirdə, xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunub, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik sahələri ilə yanaşı, tərəvəzçilik də kifayət qədər inkişaf edib. Ardını oxu »

Bu il də Vətənimiz üçün uğurlu olacaq

2018-ci ilin  Vətənimiz üçün çox uğurlu və yaddaqalan olacağına məndə  böyük inam var.  Bu il  Azərbaycan Respublikasının  və onun Milli Ordusunun yaranmasının  100 ili tamam olur və bununla bağlı olan təntənəli tədbirlər  mayın 28-də və iyunun 26-da qeyd olunacaq. Şübhəsiz ki, bu tarixi hadisələr hər bir Azərbaycan vətəndaşı üçün  olduqca əziz və qürurludur.

Azərbaycan Respublikasında Prezident seçkilərinin bu il  aprelin 11-də keçirilməsini məntiqli və məqsədəuyğun hesab edirəm. Bir-birinin ardınca keçiriləcək bu tədbirlər ölkəmiz üçün   böyük əhəmiyyət kəsb edəcək.  Ardını oxu »

Zaxarova: “Prezident seçkiləri Azərbaycanın daxili işidir”

“Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir”. 

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.  Ardını oxu »

MSK sosial şəbəkələrin monitorinqi mexanizmini hazırlayacaq

“Bu gündən İctimai Televiziyada Mərkəzi Seçki Komissiyalarının üzvləri çıxış edəcək. İctimai Televiziyadakı çıxışlar eyni zamanda İctimai Radioda yayımlanacaq”. 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, dairə seçki komissiyalarının (DSK) üzvləri ilə müşavirə də tezliklə keçirilməlidir: Ardını oxu »

ZAHİD ORUC: Növbədənkənar seçkiləri Azərbaycan dövlətinin və xalqının mənafeyi tələb edir

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq  növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi qərara alınır. Bu barədə Milli Məclisin deputatı Zahid Oruc redaksiyamıza fikirlərini bildirdi: Ardını oxu »

İdeoloji işin və uğurlu siyasətin təbliği: Təzə Alvadı

Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir.

Fevralın 8-də mühazirəçilər qrupunun növbəti görüşü 1 nömrəli Təzə Alvadı  Kənd Tam Orta Məktəbində keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz xanım Qafarova açıq elan edərək mövzu barədə açıqlama vermişdir. Ardını oxu »

“Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,  19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  qərara alır: Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2018
S M T W T F S
« Jan   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory