Fevral 22, 2018

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın. Ardını oxu »

Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

Fevralın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ardını oxu »

Xocalı

Bəşər tarixinin dəhşətli faciəsi

Bu gün Vətənimiz, ölkəmiz kədərli bir gün ərəfəsindədir. 26 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamı xalqımızın, dünya ictimaiyyətinin yaddaşından silinməyib. Xalqımız, dünya azərbaycanlıları bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını dərin hüznlə yad edirlər. Bununla əlaqədar paytaxtda, həmçinin respublikamızın bütün bölgələrində anım mərasimləri keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir, ruhlarına dualar oxunur. Ardını oxu »

“Yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti inkişaf etdirmək mümkün deyil”

Müsahibimiz Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir. 

– Hadi müəllim, dünyada baş verən mürəkkəb proseslər nəticəsində bir çox ölkələr maliyyə-iqtisadi böhranla üzləşiblər. Təbii ki, bu proseslər regionumuza da təsirsiz ötüşməyib. Bütün bunların fonunda Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafını şərtləndirən əsas amillər nədən ibarətdir? Ardını oxu »

Bizim Himalay müəllim… – Pərvin yazır

PƏRVİN

21 fevral dəyərli alim, filologiya üzrə fəlsəfə doktoru, professor Himalay Qasımovun doğum günüdür.
Əslində, ömrünün böyük hissəsini elmə, ədəbiyyata həsr etmiş adam haqqında, hələ üstəlik həmişə, hər yerdə ustadım adlandırdığım əziz müəllimim barəsində məqalə yazmağın çətinliyini başa düşürəm. Himalay müəllimin hər əsəri, hər kitabı, hər məqaləsi ayrıca bir tədqiqat mövzusudur.

Ardını oxu »

“Yaddaş yarpaqları”ndan: Şabranda çəkilən film

Aydın TAĞIYEV
Ötən əsrin 77-ci ili, yayın ortaları idi. Bizim keçmiş Dəvəçi – indiki Şabran şəhərinə səs düşdü ki, bəs Bakıdan, kinostudiyadan artistlər gəlib, rayonumuzda hansısa bədii filmin çəkilişləri gedəcək.

Bu o illərdə əyalətdə yaşayanlar üçün maraqla qarşılanası bir xəbər idi. Axı o vaxta qədər bizim rayonda heç bir film çəkilməmişdi. Əlbəttə, yerli sakinlər onlara tanış yerləri ekranlarda görməkdən çox məmnun olar, qürur duyardılar. Ardını oxu »

“Yazıçının vətəni otağıdır…”

GÜNEYLİ ƏDİB ÜMİD NƏCCARİ: “BAKIDA QAZANDIĞIM YARADICILIQ İMKANLARINI DÜŞÜNƏNDƏ, DEYİRƏM, YAXŞI Kİ, BURAYA GƏLMİŞƏM”

Onu ilk dəfə Dünya Gənc Türk Yazarlar Birliyinin keçirdiyi layihələrdən birində tanımışdım.

Türk dünyasının müxtəlif ölkə və muxtariyyətlərindən olan gənclər kimi, o da bir neçə günlük layihə üçün İrandan – Təbrizdən Bakıya gəlmişdi. Ancaq sonra getmədi. Başladı həyatını Bakıda qurmağa, Bakı ədəbi mühitinə qaynayıb-qarışmağa. Hətta sonra burada universitetə də qəbul olduğunu eşitdim.
Gənc şair Ümid Nəccari Təbrizdə doğulub-böyüyüb. Artıq üç ildir ki, Bakıda yaşayır, burada ali təhsil alır.

Ardını oxu »

Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi

Qazaxda Xocalı soyqırımının ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Xocalı soyqırımını özündə əks etdirən 60 rəsm əsəri nümayiş olunub.

Ardını oxu »

Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi.

Fevralın 22-də RİH-nin Akt zalında  rayon  Ağsaqqallar  Şurasının  II konfransı  keçirildi. Tədbirdə  RİH Başçısı Ayaz Əsgərov, Rayon Ağsaqqallar Şurasının üzvləri və KİV nümayəndələri iştirak etdilər.
Yığncaqda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək respublikamızda, o cümlədən Yardımlıda görülən işlər barədə tədbir  iştirakçılara ətraflı məlumat vermişdir.

Ardını oxu »

Biləsuvar rayon İcra Hakimiyyətində pambıq əkininə hazırlığın vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı müşavirə keçirildi

Fevralın 22-də Biləsuvar rayon icra Hakimiyyətində pambıq əkininə hazırlığın vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon müşavirəsi keçirildi.
Müşavirədə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri  və mülkiyyətçilər iştirak etdi. Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2018
S M T W T F S
« Jan   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory