Fevral 26, 2018

Bizi səsləyən Xocalı harayı

Erməni işğalçıları tərəfindən törədilmiş hadisəsindən artıq 26 il ötməkdədir. Uzun müddət keçməsinə baxmayaraq o hadisələrin şahidi olmuş Xocalı vətəndaşları üçün bu hadisələr sanki dünən baş vermişdir.
Tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı millətlərə qarşı, xüsusilədə müsəlman xalqlara qarşı münasibətdə belə hadisələr gözdən qaçmır. Ardını oxu »

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə Prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb. Ardını oxu »

Xocalı

Xocalı faciəsi beynəlxalq cinayətdir

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Heydər ƏLİYEV
Ümummilli lider


Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.

 İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ardını oxu »

Xocalı

Narahat ruhların səssiz harayı

Bəşəriyyəti sülh və ədalətə səsləyən Xocalı abidələri

Tarixi abidələr, xüsusilə memorial komplekslər insanları təkcə sənət əsəri kimi düşündürmür, həm də tarixin müəyyən səhifələrində baş vermiş hadisələri yada salır.  Dünyanın müxtəlif ölkələrində ucaldılmış Xocalı soyqırımı abidələri kimi. İlk baxışda adi sənət əsəri kimi təsir bağışlasa da, Latın Amerikasından tutmuş Avropaya qədər ictimaiyyətə tədqim edilmiş bu abidələrin   həm də insanlığa çatdırmaq istədiyi bir  fikir var:  “Xocalıda yaşanan insanlıq dramı yer üzündə  bir daha təkrarlanmasın”. Ardını oxu »

Xocalı

Kəşfiyyat zabiti Savelyevin “məxfi arayış”ı

Vladimir Savelyev sovet  zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı  2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuşdu. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına  Xocalıda baş verən hərbi cinayətlər barədə «Məxfi arayış»ını təqdim etmişdir. Ardını oxu »

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Fevralın 23-də ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar etiraz aksiyası keçirib.

Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və ətrafda yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Ardını oxu »

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fevralın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2018-ci il fevralın 19-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Ardını oxu »

Milli-mənəvi dəyərlərimiz

Xalçalarımız dünya muzeylərini bəzəyir

 Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. Ardını oxu »

Gəncədə “Xocalı faciəsi” nin 26-cı ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib

Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyub. Ardını oxu »

Layla, Xocalım, layla…

Şahanə MÜŞFİQ

Anamın həzin laylası gecənin səssizliyinə qarışıb gözəl bir ahəng yaratmışdı. Günlərdir qorxu keçirməyimizə baxmayaraq, onun səsi insana sanki mənəvi rahatlıq bəxş edirdi.
Bu səsdə o qədər incəlik, zəriflik və inam hissi vardı ki, biz artıq özümüzü səsin sehrinə qapdırıb ətrafımızda baş verən bütün pislikləri, qorxunu, əzabı unutmuşduq. Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2018
S M T W T F S
« Jan   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory