Aprel 2019

İlham Əliyev: “İqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır”

“Hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, ölkədə aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən dəstəklənir.

Ardını oxu »

Azərbaycan alimi “MESMAP-5.

Tibbi və ətirli bitkilər” adlı Beynəlxalq konfransda iştirak edib

Türkiyənin Kappadokiya vilayətində “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Aralıqdənizyanı ölkələrin V beynəlxalq simpoziumu keçirilib.

24-28 aprel 2019-cu il tarixlərində Türkiyənin Kappadokiya vilayətində “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Aralıqdənizyanı ölkələrin V beynəlxalq simpoziumunda Azərbaycanı AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təmsil edib.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunmuş sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb. Sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva) və onun haqqında yazılmış “Zərifə Əliyeva biblioqrafiya”, “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları nümayiş olunur.

Ardını oxu »

Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti “Batumoba 2019” – da iştirak edib

27-29 Aprel 2019-cu il tarixləri arasında Gürcüstanın Batumi şəhərində “Batumoba 2019” adı altında şəhər günləri keçirilib. Şəhər Bələdiyyəsinin təşkil etdiyi tədbir Batumininin 131 illiyinə həsr olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Xanlar Fətiyev, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İlham Quliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə iştirak ediblər.

Ardını oxu »

Nəsimi rayonunda xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyinin açılışı keçirildi

Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi.

Xatirə muzeyinin direktoru İradə Əzimzadə qonaqları salamlayaraq muzeyin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir.

Ardını oxu »

Gəncə Səyyar “ASAN xidmət” Qazaxda vətəndaşlara xidmət göstərir

Bu gün ölkəmizdə vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da bir brendə çevrilib. Bütün dünyada kifayət qədər tanınan və öyrənilən bu xidmətin başlıca prinsiplərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsidir. “ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda da sakinlərə xidmət göstərilməsidir. Hər il olduğu kimi, bu il də Qazax rayon sakinləri “ASAN xidmət”in fəaliyyətindən yararlanırlar.

Ardını oxu »

Vaşinqtonda Azərbaycandan keçən nəqliyyat və neft-qaz layihələri müzakirə olunacaq

Mayın 22-23-də Vaşinqtonda ABŞ Ticarət Palatasının və bir sıra səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin dəstəyi ilə IV Transxəzər Forumu keçiriləcək.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.

Tədbir Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistanın ABŞ-dakı səfirliklərinin dəstəyi ilə Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən təşkil olunub.

Ardını oxu »

“Zərifə Əliyeva kimi şəxsiyyətlər heç vaxt yaddaşlardan silinmir”

Akademik Zərifə Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələr əvəzsizdir.

Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Tibb Akademiyasının rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiyanın Əməkdar elm xadimi, professor Larisa Moşetova bildirib.

O, Zərifə xanım Əliyeva ilə birgə qələmə aldıqları “Terapevtik oftalmologiya” və “Oftalmologiyanın aktual problemləri” elmi əsərlərinin indi də Rusiyada yüksək ixtisaslı oftalmoloqların hazırlanmasında istifadə olunduğunu söyləyib:

Ardını oxu »

Samux rayonunda ötən illərə nisbətən tərəvəzçiliyə maraq artıbdır

Samux rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında tərəvəzçiliyin xüsusi yeri vardır. 2018-ci ildə rayon üzrə 710 hektar ərazidə tərəvəz bitkiləri əkilmişdir və 12818.5 tondan artıq məhsul istehsal edilmişdir.

Xüsusən də faraş tərəvəz bitkiləri əhalinin bu sahəyə dahada maraqlı olmasında çox böyük rol oynayır. Rayonda istehsal olunan məhsullar ölkə daxilində və xarici ölkələrdə satılır.

Ardını oxu »

Prezident İlham Əliyev din xadimləri ilə görüşəcək

“Bəzi adamlar hakimiyyətə gəlmək istəyir. Amma onlar bacarmayacaq, çünki onların zatı yoxdur”. 
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. 

O qeyd edib ki, Heydər Əliyev Kommunist Partiyasının Siyasi Bürosunda olsa da, həmişə dini əqidəsinə sadiq olub: “Biz moizələrimizdə bugünkü şəraiti yazırıq, ancaq bəziləri onları demir. Bizim borcumuz həqiqəti xalqa çatdırmaqdır. Bəzi imamlarımız, axundlarımızla bağlı belə məsələlərdən xəbərdarıq və bu məsələnin üzərinə qayıdacağıq. 

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 14
  • 12
  • 476
  • 2,651
ILK-10 Azeri Website Directory