Aprel 1, 2019

Sosial müavinətlər və təqaüdlər hansı kateqoriyalar üzrə artıb?

Bu gündən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilir.

Ardını oxu »

DİM-in Şəkidə keçirdiyi imtahanlarda qanun pozuntusu qeydə alınmayıb

Dövlət İmtahan Mərkəzinin martın 31-də Şəkidə keçirdiyi eksternat və kolleclərə qəbul imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlarda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən, habelə orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən, eləcə də orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları iştirak ediblər.

Ardını oxu »

Qəbələdə Turizm Forumu keçiriləcək

Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək.

Trend-in məlumatına görə, məqsəd forumun hədəflərini bölgə turizminin üzərində fokuslamaqdır. Həmçinin bölgənin turizm mütəxəsislərinə də forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması əsas məqsədlərdən biridir.

Ardını oxu »

Ukraynada prezident seçkiləri ilə əlaqədar səsvermə başladı

Ukraynada prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Trend-in məlumatına görə, ölkə ərazisində 30 minə yaxın, 72 xarici ölkədə 101 seçki məntəqəsi açılıb. Seçkilərdə səs vermək üçün 29 milyondan artıq vətəndaş qeydə alınıb.

Ardını oxu »

Göygöl Milli Parkında “Açıq qapı” günü keçiriləcək

Aprelin 1-də dağ göllərinin diyarı olan Göygöl Milli Parkının yaradılması ilə bağlı “Açıq qapı” günü keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcəklər.

Ardını oxu »

Prezident İlham Əliyev Türkiyə Prezidentini AKP-nin bələdiyyə seçkilərində qələbəsi münasibətilə təbrik edib

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 122
  • 16
  • 580
  • 2,451
ILK-10 Azeri Website Directory