Aprel 9, 2019

İsmayıllıda təmizlik aylığı keçiriləcək

İsmayıllı rayonu ərazisində  10 aprel- 10 may tarixləində  Ümumilli lider  Heydər Əliyevin xatirəsinə həsr olunmuş təmizlik aylığı keçiriləcəkdir.

Bu məqsədlə Mədəniyyət Mərkəzinin zalında ümumrayon müşavirəsi keçirilmişdir. Rayon icra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müşavirədə təmizlik aylığının  keçirilməsi ilə əlaqədar iştirakçılara geniş məlumat verib. RİH başçısının birinci müavini Rövşən Ağayev iştirakçıları təmizlik aylığının tədbirlər planı ilə tanış edib.

Ardını oxu »

Səyyar “ASAN xidmət”in üç vaqondan ibarət qatarı Salyan rayonundadır

Səyyar “ASAN xidmət”in üç vaqondan ibarət qatarı
Salyan rayonundadır.

Səyyar “ASAN xidmət”in üç vaqondan ibarət qatarı martın 28-dən Salyan rayonundadır.Rayon sakinləri aprelin 26-dək Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanacaqlar.

Ardını oxu »

Pakistan, Türkiyə və Azərbaycanın birgə qida, turizm məhsulları və tekstil sərgisi başlayır

Aprelin 11-də Bakıda Pakistan,Türkiyə və Azərbaycanın birgə qida, turizm məhsulları və tekstil sərgisi başlayır.

ONA-nın məlumatına görə, bununla keçirilən mətbuat konfransında çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmand deyib ki, tədbir Pakistan tərəfinin təşəbbüsü ilə ilk dəfə keçirilir və sərginin məqsədi Azərbaycan, Türkiyə və Pakistan arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək və 3 ölkənin xalqlarını bir araya gətirməkdir. 

Ardını oxu »

Qazax rayonunda aprel şəhidi kapitan Mühüd Orucovun 3-cü ildönümü qeyd olunub

Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən 3 il ötür.

Həmin döyüşlər zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə – şəhidlik zirvəsinə ucalıb.

Ardını oxu »

Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisinə 1 milyon manat ayrılıb

Prezident İlham Əliyev aprelin 8-də “Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Ardını oxu »

“Vətənin Müdafisinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə Samux rayon birinciliyinin qalibi məlum oldu

“Vətənin Müdafisinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə Samux rayon birinciliyinin qalibi məlum oldu.

09 aprel 2019-cu il tarixində Samux şəhər 1 saylı məktəb-liseyində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə Samux rayon birinciliyi təşkil olundu . 

Ardını oxu »

Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib

Gəncədə Azərbaycan əhalisinin sayının 10 000 000-na çatması bayram edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev meydanında konsert proqramı təşkil olunub. Konsertdə şəhər icra hakimiyyətinin rərbəri Niyazi Bayramov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,  sakinlər və şəhərin qonaqları iştirak edibər.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 122
  • 16
  • 580
  • 2,451
ILK-10 Azeri Website Directory