Aprel 17, 2019

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

Dövlətimizin başçısı Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə bir daha təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Ardını oxu »

DAŞKƏSƏNDƏ HƏRBİ XİDMƏTİNİ BAŞA VURMUŞ GƏNCLƏRİN TƏNTƏNƏLİ QARŞILANMASI MƏRASİMİ KEÇİRİLİB

Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonundan olan ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçularının qarşılanması münasibətilə  təntənəli tədbir keçirilib.

Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, hərbi xidmətə çağırış yaşlı gənclər, valideynlər, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Ardını oxu »

Nazirdən məktəb direktorlarına tapşırıq: “Hər bir şagirdinizi tanıyın!”

Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan ONA-ya verilən məlumata görə, nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Ardını oxu »

Elxan Şahinoğlu: “İran Ərdoğanla Suriya prezidentini barışdırmaq istəyir”

“Ankaranın bugünkü qonağı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi idi. Rəsmi Tehran Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı Suriya prezidenti Bəşər Əsədlə barışdırmaq istəyir”. 

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Zərifinin Ankaraya səfirinin əsas məqsədi bu idi: 

Ardını oxu »

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncədə olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Kindsqrabı qəbul edib. Görüş zamanı rəsmi qonağa sGəncənin tarixi, mədəniyyəti  və iqtisadiyyatı bardə geniş məlumat verilib.

Niyazi Bayramov bildirilib ki, Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin üçdə bir hissəsini gənclər təşkil edir. Rəsmi qonağa Gəncənin sənaye potensialı haqqında da ətraflı məlumat verilib.

Ardını oxu »

Sabunçu rayonunun Ramana qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

Sabunçu rayonunun Ramana qəsəbəsində 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində Ramana qəsəbə nümayəndəliyi və Ramana bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir. 

Belə ki, qəsəbənin Südçülük sovxozu adlanan ərazisində, Hüseyn Cavid və Elşən Məhərrəmov küçələrində yığılmış qrunt suları xüsusi texnika ilə çəkilərək təmizlənmiş və məhəllədaxili yolun 600 kv. m hissəsinə 10-15 sm qalınlıqda karbonat qatı tökülərək xüsusi texnika vasitəsilə hamarlanmışdır.

Ardını oxu »

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.

Ardını oxu »

Yeni iş təklifi var!

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur.

Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yardılmışdır.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 100
  • 17
  • 410
  • 1,407
ILK-10 Azeri Website Directory