May 2019

Gündüz Kərimov: “Ötən il cinayət işləri üzrə 89 bəraət hökmü verilib”

“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib. Bu, ümumi cinayət işlərinin 1 faizindən aşağıdır”.

ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O bildirib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və bizə məlum olmayan səbəblərdən irəli gələ bilər: 

Ardını oxu »

Şəhid mayorumuz dəfn edildi

Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov dəfn edilib.

ONA-nın şimal-qərb bürosunun verdiyi məlumata görə, A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Ardını oxu »

Naxçıvanda Türkiyə ilə birgə döyüş atışlı taktiki təlimi keçiriləcək

İyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. 

Ardını oxu »

“Xocalıda soyqırım törədən Ermənistanın rəhbərinin irqçilikdən danışmağa haqqı yoxdur”

“Ermənistanın baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq, idmanı siyasiləşdirməsi, görünür, onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir”.

ONA-nın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın “Arsenal” futbol klubunun oyunçusu Henrix Mxitaryanla telefon söhbətində onun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini vurğulamasına münasibət bildirərkən deyib.

Ardını oxu »

Kürdəmirdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təntənəli bayram şənliyi keçirilib

Mayın 31-də rayonun Qələbə parkında Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram şənliyi təşkil olunub.
     Tədbirdə Kürdəmir  Rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarının kollektivləri öz körpə fidanları ilə ıştirak ediblər.

Ardını oxu »

Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən  abadlıq – quruculuq işlərinin sahəsi genişlənir.

Naxçıvan küçəsində görülən işlər: yolların asfaltlanması, səkilərin salınması, müasir bordürlərin qoyulması sakinlər tərəfindən razılıqla qarşılanır. Mənzil Kommunal Təsərrüfatı Kombinatının işçiləri  ərazidəki  yaşıllıq sahələrində müxtəlif ağac tingləri və gül kolları əkməklə  quruculuq işlərinə öz töhfələrini verirlər.

Ardını oxu »

Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə hazırlıq işlərinə təqribən 300 min manat yönəldəcək

Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanmasına 300 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan məlumata görə, Səhiyyə Nazirliyibu işlərin həyata keçirilməsinə dair “IBA GROUP” MMC ilə müqavilə imzalayıb.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: DUZSUZ ADAM

… Təkcə duzsuz xörək, duzsuz yemək olmur; həm də dünyamızda nə qədər desən duzsuz adam tapmaq olar…

…Və duzlu adam deyəndə təbii ki, şirin, yumorlu, lətifəli və bir də insana bir anın içində qaynayıb-qarışan insanlar yada düşür. O insanlar ki, onunla bir kəlmə kəsirsən, yoldaşlıq eləyirsən, oturub-durursan, görürsən ki, çox səmimi, çox şirin və çox da duzlu adamdı. Bəlkə də həmin adam bu qədər şirin olduğunu hiss eləmir.

Ardını oxu »

Oqtay Əsədov: Şəhid zabitlə bağlı məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq

Erməni snayperinin atəşkəsi pozması nəticəsində Azərbaycanın şəhid olmuş zabiti Aqil Omarovla bağlı məsələnin beynəlxalq təşkilatlarda qaldırılması ilə bağlı tapşırıq verilib.

Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin iclasında bildirib.

O.Əsədov vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna məsələ ilə bağlı mövqeyini çatdırıb:

“Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.

Ardını oxu »

İlham Əliyev Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyununa baxıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.

Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory