May 1, 2019

Əbədi ömür

İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır. O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.

Ədibin həyat yolu çətin, mənalı və unudulmazdır. Bu yol çoxlarına örnək ola biləcək qədər qiymətli və şərəflidir. Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib kənd məktəbində müəllim işləyən İsmayıl Şıxlı çox keçmir ki, İkinci Dünya müharibəsinin dəhşətləri ilə üz-üzə gəlir.

Ardını oxu »

Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.

ONA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparatının Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki, builki forumun 3 vacib istiqaməti var. Bunlar müxtəlifliyin idarə edilməsi, gənclərin liderliyi, miqrasiya və insan təhlükəsizliyidir.

Ardını oxu »

Elçin Quliyev “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Bu gün Dövlət sərhəd xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sərhə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” sərhəd dəs­tə­sinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.

DSX-dan ONA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olub.

Ardını oxu »

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

İstanbulda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akarilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Ardını oxu »

Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr.

Rayonda 2019-cu ilin aprel ayı ərzində  4 səyyar qəbul keçirilmiş, 600-ə yaxın sakinin iştirak etdiyi   qəbullarda 32 müraciət dinlənilmişdir.

Ardını oxu »

Ağdaşda Yeniyetmə və Gənclərin XIV Ümumrayon Spartakiadasının açılış mərasimi keçirildi

Ağdaş Olimpiya İdman Kompleksində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yeniyetmə və Gənclərin XIV Ümumrayon Spartakiadasının açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov qeyd etdi ki, Spartakiadanın proqramına daxil olan yarışların  idmanın 10 növü üzrə 30 aprel – 6 may tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Yarışlarda 1000 nəfərdən artıq idmançı yeniyetmə və gənc öz qüvvələrini sınayacaqdır.

Ardını oxu »

Xətai: Şəhid məzunların anım gecəsi keçirilib

Aprelin 29-da Xətai rayon 204 nömrəli tam orta  məktəbdə şəhid məzunların anım gecəsi keçirilib.

Tədbirdə şəhid məzunların ailə üzvləri, cəbhə və sinif yoldaşları da iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory