May 2, 2019

İlham Əliyev Avrasiya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudi Konqresinin və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbərlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərinin ölkəmizə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Ardını oxu »

Azərbaycan Cənub Qaz Dəhlizindən əldə olunacaq gəlirləri açıqlayıb

Cənub Qaz Dəhlizi layihəsindən 2046-cı ilədək gəlirlərin həcmi, təxminən, 40 mlrd. ABŞ dolları təşkil edəcək.

Bu barədə “Report”a müsahibəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

“İlkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışarsa, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin, təxminən, 40 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır”, – Ş.Mövsümov deyib.

Ardını oxu »

Çilidə dünyanın ən qədim mumiyaları aşkar edildi

Çilidə yerləşən dünyanın ən quraqlıq ərazisində – Atakama səhrasında eramızdan əvvəl 7-5-ci minilliyə aid olan qədim mumiyalar aşkar edilib.

AzərTAc CNN telekanalının saytına istinadla xəbər verir ki, burada yaşamış Çinçorro qəbiləsinə aid olduğu ehtimal edilən bu mumiyaların yanında keramika məmulatları da tapılıb. Bu arxeoloji tapıntıların tarixinin Misir ehramlarında olan mumiyalardan ən azı 2 min il qədim olduğu bildirilir.

Ardını oxu »

Tərtər rayonunda təhsil işçiləri ilə görüş keçirilib

Tərtər şəhər Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərinin direktorları və təhsil işçiləri ilə görüş keçirib.

Yığıncağı  giriş sözü ilə açan rayon rəhbəri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ölkənin, o cümlədən regionların sosisal–iqtisadi  inkişafı ilə bağlı apardığı işlərdən, təhsil sisteminin inkişaf etmiş dünya ölkələri təhsil sisteminə inteqrasiya edilməsi, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi sahəsində aparılan islahatlardan danışdı.

Ardını oxu »

“HƏR GƏLİŞİNİZ KƏNDİMİZƏ XOŞ ƏHVAL GƏTİRİR” – ŞƏMKİRİN ƏN UCQAR DAĞ KƏNDİNDƏ QƏBUL

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeçliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.

Ardını oxu »

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı nümayəndələrini qəbul edib

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin başçısı İvana Fernandes Duarte, Baş Bankir Sanjar Usmanov, Bankirlər Sofiko Çikradze və Real Hacıyevi qəbul edib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Avropa Yenidənqurma İnkişaf Bankının  prezidenti Suma Şakrabotini  ilə müzakirə edilmiş “Yaşıl şəhər” təşəbbüsü proqramının imkanları və potensial əməkdaşlıq barədə söhbətlər aparılıb.

Ardını oxu »

Daşkəsən rayonun bütün yaşayış məntəqələrinin əhalisi tibbi müayinəyə cəlb olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin fevral ayının 11-dən bütün ölkə ərazisində olduğu kimi Daşkəsən rayonunda da əhalinin növbəti tibbi müayinəsi aparılır.
Bununla əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyəti rayonun aidiyyəti qurumları ilə birgə bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilatı, maarifləndirmə-izahat işlərini həyata keçirmişdir.

Ardını oxu »

Diplomotik korpus nümayəndələri Tovuzda

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkil etdiyi Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndliklərin rəhbərləri və onların xanımlarının tanışlıq səfərinin növbəti ünvanı Tovuz rayonu olmuşdur.

Səfər zamanı diplomatlar rayonun sosial-iqtisadi inkişafı ilə tanış olmuşlar.
Səfər çərçivəsində xarici qonaqlar Tovuz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında olmuşlar.

Ardını oxu »

Salyan rayon İcra hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir

01 may 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilmişdir.

Ardını oxu »

Samuxda futbol üzrə “Coca-cola” məktəbli kubokunun 2-ci yarımqrup mərhələsinin oyunları təşkil edildi

Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və AFFA-nın Gəncə regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə  Samux şəhər 2 saylı tam orta məktəbin stadionunda futbol üzrə  “Coca-cola” məktəbli kubokunun 2-ci yarımqrup mərhələsinin oyunları təşkil edildi. Oyunları AFFA-nın Gəncə regional nümayəndəliyinin hakimi Taleh Məmmədov təşkil etdi.

Hakimin yekun protokoluna əsasən :
Qarabağlar-Zazalı 4 : 1,
Tatlı-Hacallı 4 : 0,  

Ardını oxu »
Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 122
  • 16
  • 580
  • 2,451
ILK-10 Azeri Website Directory