May 3, 2019

Prezident: “Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır”

“Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Ardını oxu »

Uşaqlara siqaret alanları və təklif edənləri hansı orqan cərimələyəcək?

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara yeni səlahiyyət verilir.

ONA-nın məlumatına görə, bu, mayın 3-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Ardını oxu »

Gürcüstan XİN: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz bu məsələyə yüksək həssaslıq və ehtiyatla yanaşırıq.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, yaxın vaxtlarda sərhəd xəttinin demarkasiyası üzrə komissiya öz fəaliyyətinə davam edəcək:

Ardını oxu »

2 saylı Texniki humanitar elmlər liseyində sakinlərlə səyyar qəbul keçirildi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Səbail Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
2 may 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun 2 saylı Texniki humanitar elmlər liseyində sakinlərlə növbəti görüşü baş tutmuşdur.

Ardını oxu »

Salyan rayonunda mini futbol üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir

Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edimiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol idman növü üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir.
     Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Ardını oxu »

Gədəbəy rayonunda fermerlər üçün şəraitin yaradılması, bu sahədə olan mövcud problemlərin dinlənilməsi və təhlili müzakirə olunmuşdur

Yaylaq mövsümünün başlaması ilə əlaqədar olaraq, yaradılmış baytar-poçt məntəqələrində fermerlər üçün şəraitin yaradılması, bu sahədə olan mövcud problemlərin dinlənilməsi və təhlili müzakirə olunmuşdur.

Ardını oxu »

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Dədəli kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

 Xaçmaz  rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  səyyar qəbul keçirmişdir. Səyyar qəbul rayonun Dədəli kənd inzibati ərazi dairəsində keçirilmişdir. RİH başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.

  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən qaz xətləririn çəkilməsi, yolların asfaltlanması, içməli su problemləri, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması ilə bağlı müraciətlər etmişlər.

Ardını oxu »

İcra başçısı Qazax rayonlararası ruhi xəstəxanada olub

Bu gün Azərbaycan Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik olan ölkəsi kimi tanınır.

Bütün sahələr üzrə ildən-ilə inkişaf edən Azərbaycanda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Bu sahəyə olan qayğının nəticəsidir ki, bu gün dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 247
  • 6
  • 614
  • 2,231
ILK-10 Azeri Website Directory