May 5, 2019

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan marafon yarışının qalibləri mükafatlandırılıb

İsmayıllıda gənclər və idman idarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən yeniyetmələrin XI ümumrayon spartakiadasına daxil olan marafon keçirilib.

Ardını oxu »

Peşə təhsili müəssisələri “həyəcan” düyməsi ilə təmin ediləcək

Naziirlər Kabineti “Dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə” Qərar qəbul edib.

ONA-nın məlumatına görə, qərara əsasən, müəyyən edilib ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin ediləcək.

Ardını oxu »

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatdı

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

Ardını oxu »

Qarabağda erməni əsgəri hərbçi yoldaşını güllələdi

Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın cənub-şərq hissəsində yerləşən qeyri-qanuni hərbi hissələrdən birinin döyüş postunda erməni hərbi qulluqçusu güllə yarası alıb.

ONA panarmenian.net-ə istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən 1998-ci il təvəllüdlü Aqanik Qarnnikoviç Zoroqlyanın vəziyyəti ağırdır.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory