May 6, 2019

Birinci vitse-prezidentin köməkçisi:”Məhkəmələrin işinə müdaxilələrin qarşısı alınacaq”

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanla müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyyələr verilib”.

ONA-nın xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə müzakirələr” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasıdır:

Ardını oxu »

Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsini Prezident İlham Əliyev həll edəcək”

“Bu gün Azərbaycanda yalnız bir problem qalıb, bu da Dağlıq Qarabağ münaqişəsi, 1 milyon qaçqın və məcburi köçkün problemidir”.

ONA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, Prezident İlham Əliyev  və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bütün problemlər həll olunub:

Ardını oxu »

Əli Əhmədov: “Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılacaq”

“Son bir neçə ayda qəbul edilən qərarlar vətəndaşların həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli mərhələ təşkil edir”.

ONA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Əhmədov “Heydər Əliyev və sosial siyasət” mövzusunda keçirilən tədbirdə bildirib.

Baş nazirin müavini deyib ki, bundan sonra da əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılacaq:

Ardını oxu »

Sahil Babayev: “Azərbaycanda minimum pensiya MDB-də alıcılıq qabiliyyəti üzrə 1-2-ci yeri bölüşür”

“2003-cü ildən indiyə qədər əməkhaqları 7 dəfə, pensiyalar 9 dəfə artırılıb”.

ONA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və sosial siyasət” mövzusunda keçirilən tədbirdə bildirib.
S.Babayev deyib ki, Prezidentin son fərmanları ilə 600 minə qədər insanın əməkhaqqı 40 faizdən çox artıb: “Bunun maliyyə tutumu 400 milyon manatdan artıqdır.

Ardını oxu »

Tovuzda odlu silahla asayişi pozan şəxs saxlanılıb

Tovuz rayonunda ictimai asayişi pozan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Tovuz rayonunun Əyyublu kəndində kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

Qovlar Polis Bölməsinin ərazidə xidmət aparan əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb.

Ardını oxu »

Xətai rayonunda növbəti iməcilik keçirilib

Xətai rayonu ərazisində əhalinin istirahətini təmin etmək məqsədilə yeni yaşılıq zolaqları, park və meydanlar salınır, iməciliklər keçirilir. 4 may 2019-cu il tarixdə Xətai rayonunun Cavanşir küçəsində növbəti iməcilik keçirilib. Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev də iştirak ediblər.

Ardını oxu »

Füzuli rayonunda hesabat yığıncağı keçirildi

2019-cu ildə Füzuli rayonunda sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

Hesabat yığıncağında  Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayon rəhbərliyi, hüquq mühafizə orqanları, aidiyyəti təşkilatlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Ardını oxu »

Kürdəmir kümçülərinə 825 qutu ipəkqurdu toxumu paylanıb

Ötən il Kürdəmir rayonunda 20,4 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Qax Damazlıq İpəkçilik Stansiyasından 825 qutu (15 min 675 qram) ipəkqurdu  toxumu  gətirilərək  baramaçılıqla  məşğul olmaq istəyən 210 ailəyə paylanılıb. Cari mövsümdə 33 tondan artıq barama istehsalı nəzərdə tutulub. 

Ardını oxu »

Samuxda 10 ədəd subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür

Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sahəni daim diqqətdə saxlayan dövlətimizin başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Samux rayonunda 66 ədəd subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory