May 7, 2019

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarını təltif edib

Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:

Ardını oxu »

Qaradağ rayonunda Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirildi

 07 may 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” Abidə Kompleksinin önündə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirildi.
   Tədbirdə  Qaradağ  Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbiçilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
   Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə  Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqiqəlik sükutla yad edilmişdir.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxana Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş tədbir keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli dilçi alim, professor Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş “Repressiyalar milli yaddaşda” adlı tədbir keçirib. Tədbirdə AMEA-da və ali təhsil müəssisələrində Bəkir Çobanzadə yaradıcılığını tədqiq edən alimlər və tələbələr iştirak ediblər.

Çıxışlardan əvvəl Bəkir Çobanzadənin həyat və yaradıcılığından bəhs edən, MEK tərəfindən hazırlanmış avtobioqrafik videoçarx nümayiş etdirilib.

Ardını oxu »

Məktəb-liseyin şagirdləri Şamaxı Safari Parkında

Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin bir qrup şagirdinin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub.

Ekskursiyanın keçirilməsində məqsəd uşaq və gənclərin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan canlıların qorunması, onlara qayğının təbliği və müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir.

Ardını oxu »

Cəlilabadda Ümummilli liderin 96 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub

6 may 2019-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümündə həsr olunan konsert  Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Konsertdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Heydər Əliyev Seyrəngahının  önündə təşkil olunan konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər.

Ardını oxu »

Magistraturaya qəbul üçün proqram seçimi başa çatır

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a verilən məlumata görə, bakalavrlar günün sonunadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Ardını oxu »

Niyazi Bayramov vətəndaşlarla görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Şəhər rəhbərliyi bu dəfə Şıxzamanlılar qəsəbəsinin sakinlərinin müraciət və təkliflərini dinləyib.

Niyazi Bayramov bildirib ki, mütəmadi olaraq keçirilən görüş və vətəndaş qəbulları ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq təşkil olunur. Əsas məqsəd sakinləri narahat edən problemləri öyrənmək və onları həll etməkdir.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory