May 8, 2019

İlham Əliyev yeni inkişaf strategiyası üçün çox mühüm tələblər müəyyən edib

image description

“Strateji yol xəritələrinin iki il ərzində icrası 52 faiz təşkil edir. Bu, deməyə əsas verir ki, bu önəmli proqram 2020-ci ilin sonuna qədər icra ediləcək və beləliklə, biz bütün sahələrdə irəliləyişə nail olacağıq. Çünki artıq məruzə edilən məsələlər göstərir ki, hər bir sahə üzrə çox ciddi addımlar atılır.

Büdcə gəlirlərimiz artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes mühiti yaxşılaşır. Yəni, biz bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük”.

Ardını oxu »

Ümidlərin gerçəkləşən ünvanı

Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi dövlətin daim diqqət mərkəzində saxlanılır. Səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Son 16 ildə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğısı nəticəsində səhiyyə sistemində uğurlu islahatlar aparılıb, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı daima gücləndirilib, ümumilikdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib desək, yanılmarıq. Elə bu illər ərzində 600-dən çox tibb müəssisəsinin tikilib və əsaslı təmir edilməsi bunu təsdiqləyir. Bu gün respublikanın əksər şəhər və rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar fəaliyyət göstərir.

Ardını oxu »

50 illik şanlı salnamə

İnkişaf, quruculuq, müstəqillik, milli dövlətçilik dövrü və ən nəhayət, tarixin ən qüdrətli Azərbaycanı

Seçim anı hər bir xalq üçün əlverişli tarixi imkan və şansdır. Geri dönüşü olmayan bu fürsətdən düzgün bəhrələnməyi bacaran xalqlar gələcək tale yollarını düzgün müəyyənləşdirə bilirlər. Hər bir millətin taleyinə sahib çıxmaq hüququnun təməlində də məhz vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı dayanır. Müstəqil dövlət olaraq ötən 26 il ərzində qazandığımız inqilabi nailiyyətlər də, əslində, məhz müdrik seçimin nəticəsidir.

Ardını oxu »

Şuşanın işğalından 27 il ötür

Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 27 il ötür.

ONA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur.

Ardını oxu »

Azərbaycanda internet ucuzlaşacaq

Azərbaycanın magistral operatoru olan “Delta Telecom” MMM may ayının 10-dan provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim təklif edəcək.

Şirkətdən ONA-ya verilən məlumata görə, endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.

Ardını oxu »

Azərbaycanın Xarici İşlər Nazirliyi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.Bu barədə AZƏRTAC-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.Bəyanatda deyilir: “1992-ci il mayın 8-də Ermənistan respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir.

Ardını oxu »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə IFC arasında Anlaşma Memorandumu layihəsi hazırlanıb

Əmək müfəttişliyi sistemində qabaqcıl dünya təcrübəsi əsasında risk əsaslı nəzarət mexanizminin formalaşdırılması həmin sistemin səmərəliliyinin artırılmasında vacib amillərdən biridir. Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən göstərilən ekspertiza dəstəyi xüsusi önəm kəsb edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikri nazir Sahil Babayev IFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə baş regional meneceri Yan van Bilsen və təşkilatın digər nümayəndələri ilə görüşdə deyib.

Ardını oxu »

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ALUNİTDAĞ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

Mayın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun Alunitdağ qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib.
Rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılmış uğur və nailiyyətlərdən, həyata keçirilən layihələrdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Qeyd olunan uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərlə görüşdə sakinlərin diqqətinə çatdırıb ki, bu gün respublikamızın bütün bölgələri günü-gündən inkişaf edir, abadlaşır, müasir görkəm alır.

Ardını oxu »

Futbol üzrə “Coca-Cola Məktəbli Kubokunun” Samux rayon birinciliyinin qalibi bəlli oldu

Samux şəhər 2 saylı tam orta məktəbində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Gənclər Birliyi və AFFA-nın Gəncə  Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Coca-Cola Məktəbli Kubokunun rayon birinciliyinin yarımfinal və final oyunları təşkil olundu.

Yarışda ümumilikdə 22 komanda mübarizə apardı. Bu gün təşkil olunan yarımfinal və final mərhələsində 8 komanda mübarizə apardı . Hakimin yekun protokoluna əsasən Çobanabdallı kənd tam orta məktəbi 1-ci, Qarabağlar kənd tam orta məktəbi 2-ci, Samux şəhər 3 saylı tam orta məktəb komandası isə 3-cü yerə layiq görüldülər.

Ardını oxu »

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa

Qəbələ rayon Gənclər və İdman idarəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar müvafiq tədbirlər planına əsasən 08 may 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa  keçirmişdir.

Tədbirdə fəal gənclər, Turizm və Otelçilik üzrə Peşə tədrisi mərkəzinin, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin müəllim və şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu öndərin büstü önünə gül qoyaraq onun xatirəsini yad etmişlər.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 29
  • 23
  • 1,276
  • 2,549
ILK-10 Azeri Website Directory