May 9, 2019

Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.

Ardını oxu »

Paşinyan Dağlıq Qarabağa gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəlib.

ONA-nın “armenpress”-ə istinadən verdiyi xəbərə görə, onun Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı təşkil olunan qondarma “tədbir”də iştirakı gözlənilir.

Ardını oxu »

İndiyədək 102 İkinci Dünya müharibəsi əlili mənzillə təmin olunub

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlil mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs minik avtomobili ilə təmin olunub. İkinci Dünya müharibəsi iştirakçılarının bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir”.

Bu baradə Əmək və əhalinin Sosial Müfadiəsi Nazirliyindən məlumat verilib.

Ardını oxu »

Zakir Həsənov Anjey Kaspşiklə görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Ardını oxu »

Qazax rayon icra hakimiyyətinin başçısısı kəndlərdə barama ilə bağlı görülmüş işlərlə tanış olub

Qazaxda bu il artıq dördüncü ildir ki, ipəkqurdu bəslənilir. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq rayonda məqsədyönlü işlər görülür.

Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da müvəffəqiyyətlə icra olunur. Bunun nəticəsidir ki, rayonda barama istehsalı ildən-ilə artır. Belə ki, qazaxlı kümçülər tərəfindən 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq, 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən “Azəripək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər tərəfindən 8 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.

Ardını oxu »

Salyan rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

9 May 2019-cu il tarixində Salyan rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. 

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Böyük Vətən Müharibəsi iştirakçıları və onlara bərabər tutulanlar, Əmək veteranları, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “1941-1945-ci illər” və Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşovun abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Ardını oxu »

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 08.05.2019-cu il tarixdə Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
  Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi, Sabunçu Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Səyyar görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciətlər etdilər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin  həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Ağdaş rayonunda hesabat iclası keçirilmişdir

Ağdaş Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübündə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Arif Novruzov, həmçinin rayonun idarə, müəssisə, təşkilatlarının, bələdiyyələrin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
İclasda Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun 2019-cu ilin birinci rübündə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat məruzəsi dinlənilmişdir. İclas çıxışlar və müzakirələrlə davam etdirilmişdir.

Ardını oxu »

DAŞKƏSƏNDƏ 9 MAY – QƏLƏBƏ GÜNÜNDƏ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISININ BAYRAMI EVİNDƏ TƏBRİK EDİLİB

Mayın 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin əməkdaşları və ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 74 illiyi münasibəti ilə Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı İdris Əhmədovun bayramını evində təbrik ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin təbriklərini və bayram hədiyyəsini  94 yaşlı İdris Əhmədova çatdıran Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev görüşdə deyib ki,  İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib.

Ardını oxu »

Kürdəmirdə 9 May – Qələbə Günü münasibətilə tədbir keçirilib

Mayın 9-da  rayonun  Qələbə  parkında  İkinci  Dünya  müharibəsində  faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.
Mərasimdə   Kürdəmir   Rayon   İcra   Hakimiyyətinin   Başçısı   Ceyhun  Cəfərov,  Böyük  Vətən  müharibəsi  veteranları,  hüquq-mühafizə  orqanlarının,    idarə ,  müəssisə   və    təşkilatların   rəhbərləri,    ağsaqqallar  və  ziyalılar,    rayon  ictimaiyyətinin  nümayəndələri  iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 30
  • 23
  • 1,277
  • 2,550
ILK-10 Azeri Website Directory