May 10, 2019

Prezident və ailə üzvləri Heydər Əliyevə həsr olunan ağacəkmə aksiyasında

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verib.

Ardını oxu »

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilir. Burada yaşanan izdiham xalqımızın ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürüdür.
AZƏRTAC xəbər verir ki, mayın 10-da səhər tezdən Fəxri xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır.

Ardını oxu »

Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası

“Newtimes.az” portalında Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun “Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.
Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır.

Ardını oxu »

Azərbaycanın müstəqilliyi Heydər Əliyevin adı ilə bağlıdır

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin adı hər bir azərbaycanlı üçün doğma və əzizdir.

Ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə mövcud olan anarxiya və xaosa son qoymaqla yanaşı, iqtisadiyyatı da dirçəltdi. Ən əsası isə yenicə müstəqillik əldə etmiş respublikamızı bütün təhlükələrdən qorudu.Bu fikirlər dahi rəhbərin anadan olmasının 96-cı ildönümü münasibətilə Tovuz rayonunda keçirilən elmi-praktik konfransda səsləndirilmişdir.

Ardını oxu »

Masallı rayon Türkoba ərazi Ağsaqqallar şuralarında hesabat və seçkilər

İşgüzar söhbət, dəyərli təkliflər
Ağsaqqal öyüdü, ağsaqqal sözü hər zaman cəmiyyətdə dəyərini göstərib. Odur ki, “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” deyimi həmişə insanlara, xüsusilə gənclərə ən vacib bilgilər verir.

Müstəqilliyimizin bərpa olunmasından sonra ölkədə, bölgələrdə, ərazilərdə, hətta idarə və müəssisələrdə ağsaqqallar şuralarının yaradılması ehtiyacı özünü göstərir.

Ardını oxu »

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsili yarımçıq qalıb.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

Ardını oxu »

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Naftalanda təntənə ilə qeyd olunub

10 may 2019-cu il tarixdə Naftalan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ümumşəhər  tədbiri  keçirilib. Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 247
  • 6
  • 614
  • 2,231
ILK-10 Azeri Website Directory