May 11, 2019

Heydər Əliyevin xalq, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətləri heç vaxt unudulmayacaq

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliy
evin nitqi
-Hörmətli xanımlar və cənablar.Əziz dostlar.
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramını bildirir.

Ardını oxu »

Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası

Bu gün Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

ONA-nın məlumatına görə, aksiya Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilib. 

Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov, partiya üzvləri, fəalları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Prezident Kiyevdə insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdü

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. 

Ardını oxu »

Hərbi helikopterlərimiz təlimdə iştirak üçün Türkiyəyə yola düşdü

Mayın 13-dən başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu »

Səbaildə iməclik keçirildi

Səbail rayonunda yay çimərlik mövsümünə hazırlıq, eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədi ilə Şıx çimərliyinin sahil zolağı və yol kənarı boyunca Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iməclik keçirilmişdir.

İməclikdə rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə bələdiyyə, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, ictimaiyyət nümayəndələri də iştirak etmişlər.   Aksiya zamanı 5 hektar ərazi bərk məişət və digər növ tullantılardan təmizlənmişdir.

Ardını oxu »

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni yaradılan növbəti nümunəvi məhəlləyə baxış keçirdi

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Yadigar Mənsurov küçəsindəki 9,11,13,15 saylı və Naxçıvan küçəsindəki 42 saylı yaşayış binalarını əhatə edən ərazidə yeni yaradılan nümunəvi məhəlləyə baxış keçirib.

Şəhər rəhbəri İlham İsmayılov yaradılmış şəraitlə tanış olub, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərin davam etdiriləcəyini bildirib.

Ardını oxu »

Şəkidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar Şəkidə tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar mayın 10-da Şəki şəhərində yerləşən Heydər Əlliyev Mərkəzində bayram tədbiri keçirilib.
       Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
      Tədbirdə əvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu »

Qazaxda tütün əkini davam edir

Son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı ildən-ilə artan templə inkişaf edir.

Bu inkişafın təməlində isə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının qəbul edilməsi dayanır. Həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuş və qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı nəzərə çarpacaq dərəcədə artmışdır.

Ardını oxu »

Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün torpaq sahəsi ayrılıb

Respublikanın hər bir bölgəsində olduğu kimi, Samux rayonunda da əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi, habelə səhiyyə infrastrukturunun müasirləşdirilməsi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən rayon mərkəzi xəstəxanasının tikintisi üçün ilkin olaraq bir milyon manat vəsait ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayon mərkəzi xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə torpaq sahəsi ayrılaraq sənədləşmə işlərinə başlanılıb.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 26
  • 15
  • 444
  • 1,814
ILK-10 Azeri Website Directory