May 12, 2019

Elmin böyük təəssübkeşi

Bu ay Azərbaycan xalqının tarixi taleyində müstəsna xidmətləri olan, XX əsr dünya ictimai-siyasi xadimləri içərisində xüsusi mövqeyi və yeri ilə fərqlənən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi, iyun ayında isə respublikamızda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Hazırda bütün xalqımız müasir Azərbaycanın memarı Heydər Əliyevlə bağlı hər iki əlamətdar tarixin təntənəli şəkildə qeyd edilməsinə hazırlaşır.

Heydər Əliyevlə bağlı bu əlamətdar tarixlərin, həmçinin bu dahi şəxsiyyətlə bağlı digər hadisələrin təntənəli şəkildə qeyd edilməsi hər şeydən əvvəl ona görə ümummilli əhəmiyyət daşıyır ki, xalqımız bu dahi şəxsiyyətin böyük siyasi idarəçilik məktəbi olan həyat və fəaliyyətinə hər dəfə yenidən qayıtmaqla onun daha yeni-yeni səhifələrini aşkarlamış olur, onun idarəçilik fəlsəfəsindən, hətta adi həyati situasiyalardakı davranışlarından, müxtəlif hadisələrə münasibətindən hər dəfə nəyisə yenidən öyrənmiş olur.

Ardını oxu »

Ərdoğan: “Türkiyə heç kimin müstəmləkəsi deyil”

“Türkiyə heç kimin müstəmləkəsi, mandatı deyil. Topraqlarında dövlət çevrilişi üçün qatillər bəsləyənlər bizə hüquq dərsi verə bilməz”.  
ONA Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan “39. Birlik Vakfi” ənənəvi iftar proqramında səsləndirib.

O qeyd edib ki, hər ramazanda olduğu kimi, bu mübarək günlərdə də İslama və insanlığa düşmən kəsilənlər ramazan sevincimizə kölgə salmaq, ramazan süfrəmizə zəhər qatmaq üçün əllərindən gələni edir: 

Ardını oxu »

Bakıdan Ufaya birbaşa uçuşlar başladı

Azərbaycanın “Buta Airways” loukost aviaşirkəti mayın 12-dən etibarən Bakıdan Rusiyanın Ufa şəhərinə birbaşa uçuşlara başlayıb.

ONA-nın məlumatına görə, uçuşlar hər həftənin II və VII günləri “Embraer E190” təyyarələri ilə həyata keçirilir.

Başqırdıstanın paytaxtı loukost aviaşirkətinin Rusiyaya altıncı istiqamətidir. Belə ki, “Buta Airways”in marşrut şəbəkəsinə Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri də daxildir.

Ardını oxu »

“Günnüt zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı”

Naxçıvan qarnizonu qoşunlarında aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsindAə ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Ardını oxu »

“Britaniya XİN-nin Azərbaycana aid səyahət tövsiyələri təəccüb doğurur”

UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.

Bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub: 

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 246
  • 5
  • 613
  • 2,230
ILK-10 Azeri Website Directory