May 13, 2019

MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illik yubileyi və anadan olmasının 96-cı ildönümü münasibətilə uzunmüddətli sərgi təşkil edib.

          Sərgidə “Milli mənəvi dəyərimiz”, “Üstün zəka”, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Hidayət Orucov), “Azərbaycanda aqrar islahatlar” (Qərib Məmmədov), “Millətin atası” (Hüseynağa Mirələmov), “Xilaskar” (Eldar Elduası), “Böyük öndər” (Eldar İsmayıl), “Heydər Əliyev və kinematoqraf” (Aydın Kazımzadə), “Heydər Əliyevin dil siyasəti” (Vilayət Əliyev), “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi” (Məlahət Həsənova), “Müdrikliyin zirvəsi” (Balayar Sadiq), “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (Abuzər Xələfov), “Bir taledə iki ömür.

Ardını oxu »

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident X.B.Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Sərəncam imzalayıb.

X.B.Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ardını oxu »

Nazirlər Kabineti bu əsərlər və filmləri varidatı elan edib

Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib.

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilib.

Ardını oxu »

DİM mayın 19-da II və III qruplara qəbul imtahanı keçirəcək

Mayın 19-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Ardını oxu »

Əli Əhmədov: Kimlərinsə Azərbaycan reallıqlarına qara yaxmağa çalışması qəbulolunmazdır

“Təəssüflə qeyd etmək lazımdır ki, müəyyən azsaylı qruplar var ki, Azərbaycanın möhtəşəm inkişafına kölgə salmağa çalışır, yalanla, iftira ilə ölkəmizin imicinə zərbə vurmağa və insanları çaşdırmağa cəhd göstərirlər”.

“Mən qəti əminəm ki,  vətəndaşlarımız həmin qruplara  inanmır. Çünki insanlar ölkəmizin sürətli inkişafının canlı şahidləridir. Belə olan halda, vətəndaşlar kimlərinsə yalanlarına inana bilməz. Ölkəmizin inkişafına xidmət etmək hər bir vətəndaşın borcudur.” Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Ardını oxu »

İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələdi

Əgər Vaşinqton konkret güc tətbiqinə dair addım atarsa, İran ABŞ-ın “başına zərbə endirəcək”.

ONA-nın “Al Arabia”-ya istinadən verdiyi məlumata görə, bunu bu gün İran İslam İnqilabını Mühafihə Korpusunun briqada generalı Hoseyn Salami bəyan edib.

Qeyd edək ki, bir həftə öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İran sahillərinə “Avraam Linkoln” aviadaşıyıcı zərbə qrupunu və operativ aviasiya bombardıman qrupunu göndərdiyini açıqlayıb. C. Bolton bunun ABŞ-ın maraqlarına istənilən hücuma cavab veriləcəyi yönündə İran rejiminə bir siqnal olduğunu vurğulayıb.

Ardını oxu »

“Eurovision 2019” başladı

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, “Eurovision kəndi” Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ  müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory