May 14, 2019

DAŞKƏSƏNDƏ KİTAB BAYRAMI QEYD OLUNUB

Mayın 14-də Daşkəsən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Rayon Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI ənənəvi  Kitab bayramını keçirib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllim və şagirdlər, fəal oxucular, bağça uşaqları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları kitablardan və uşaqların əl işlərindən ibarət sərgilərə baxıblar.

Ardını oxu »

İlham Əliyevin regional inkişaf strategiyası müsbət nəticələr verməkdə davam edir

Dünyada hər bir ölkənin özünəməxsus sosial-iqtisadi inkişaf konsepsiyası var. Azərbaycan da istisna deyil. Qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı ölkəmizdə bu konsepsiyanın mühüm istiqamətləridir. Elmi əsaslara söykənən, ölkənin inkişafını təmin edən bu iki konsepsiya Azərbaycanda paralel həyata keçirilir və nəticədə qeyri-neft sektorunda və regionlarda yüksək inkişaf tempi müşahidə olunur.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində iqtisadiyyatın müxtəlif sahələri ilə bərabər, kənd təsərrüfatında da böyük uğurlar qazanılıb. Rəqəmlərə nəzər salaq: 2004-cü ildə ölkə üzrə 196 min ton ət tədarük edilmişdisə, keçən il bu rəqəm 326 min tona çatıb. 

Ardını oxu »

Şərq Tərəfdaşlığı ölkələri başçılarının şərəfinə şam yeməyi verildi

Mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

Ardını oxu »

Vaşinqton gözlənilmədən Tramp və Putinin görüşünün keçirilməsi üçün müraciət etdi

Rəsmi Vaşinqton gözlənilmədən ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüşün keçirilməsinə dair müraciət edib.

ONA-nın məlumatına görə, bu barədə “Kommersant” qəzeti Dövlət Departamentinə yaxın mənbəyə istinadən xəbər yayıb. Görüşün Yaponiyanın Osaka şəhərində iyunun 10-da keçirilməsi planlaşdırılan G 20 sammiti çərçivəsində baş tutacağı ehtimal edilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da RİA Novosti-yə açıqlamasında görüşün olmasını istisna etməyib. 

Ardını oxu »

Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Mayın 13-də Tərtər rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.

Ardını oxu »

Qax rayonunda 2019-cu ilin I rübünün yekunları ilə bağlı hesabat iclası keçirilmişdir

Mayın 13-də Rayon İcra Hakimiyyətində 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Tədbirdə RİH rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri,  iş adamları və ictimaiyyətin  nümayəndələri iştirak  etmişlər.
        RİH başçısı Musa Şəkiliyev ilin ilk 3 ayı ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.

Ardını oxu »

Qazaxda əhalinin kütləvi tibbi müayinəsi başa çatıb

Qazaxda Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 12-dən start götürən əhalinin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi aksiyası  mayın 11-də uğurla başa çatıb.
Səhiyyə Nazirliyinin müvafiq sərəncamına əsasən 3 ay davam edən aksiya çərçivəsində 61 min 810 nəfər tibbi müayinədən keçib.

Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində aparılan aksiya zamanı müraciət edən sakinlərdən 57789 nəfər sağlam hesab edilmiş, 3518 nəfər ambulator, 379 nəfər stasionar, 124 nəfər istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 150 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.

Ardını oxu »

Samux rayonunda “Oxu bayramı” və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” başlıqları altında geniş tədbir keçirildi

Samux rayon Mərkəzi Kitabxana Sistemində “ Oxu bayramı”və  “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” başlıqları  altında geniş tədbir keçirildi.

Tədbirdə Samux rayon İcra Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə xanım Xəlilova, İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin Baş məsləhətçisi Əliyev Mehman müəllim, bir çox idarə və təşkilatlar, 1və 2  saylı baxçalar, 01 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Ardını oxu »

İranın xəbər agentliyində Naftalan nefti və sanatoriyaları haqqında yazı dərc edilib

İranın İlna xəbər agentliyində Azərbaycanın Naftalan nefti və sanatoriyaları haqqında yazı dərc olunub.
    Yazıda Azərbaycanın Naftalan şəhərində çıxan bu unikal neft barəsində geniş məlumat verilib.

Nəzərə çatdırılıb ki, Naftalan nefti 70 xəstəliyin müalicəsində istifadə olunur. Əsəb sistemi, bel-oma, əzələ, dəri və damar xəstəliklərinin müalicəsində istifadə olunan Naftalan nefti sağlamlıq üçün faydalıdır.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory