May 15, 2019

İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-dəBrüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.

Ardını oxu »

Dünya təhlükədə: İran məsələsini kimlər qızışdırır?

ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı yeni sanksiyaların tətbiqinin növbəti mərhələyə keçirilməsi ciddi risklər meydana gətirib. 

Bunlara cavab olaraq, Tehran üzərinə götürdüyü öhdəliklərin bəzilərinə əməl etməyəcəyini bəyan edib. İran Avropaya, Rusiyaya və Çinə 60 günlük möhlət verib. Bu müddətdə onların mövqeyində hər hansı dəyişiklik olmasa, Tehran birtərəfli addım atacaq. Buna qarşılıq Vaşinqton İranı vura biləcəyinə işarə edərək, Fars körfəzinə bombardmançı təyyarələr göndərib.

Ardını oxu »

Tərtər rayonu ərazisində növbəti monitorinq keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Ardını oxu »

Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə gül əkmə aksiyası keçirilmişdir

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq rayonun müxtəlif ərazilərində,  mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə  aksiyası  keçirilmişdir.

    Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Tədbir zamanı rayonun Üzeyir Hacıbəyov küçəsində,  4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  10000-dən artıq gül kolu əkilmişdir.

Ardını oxu »

Gəncə Avtomobil Zavodunda ilk elektobus və taxılyığan kombayn konveyerdən çıxıb

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub. İlk dəfə olaraq Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E — 321” markalı elektrobus və “PALESSE KZS — 575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.

Mərasimdə Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko, Sənaye nazirinin müavini Dmitri Aleksandroviç Korçik, “Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, GəncəŞəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri,  Mili Məclisin deputatı  Xanlar Fətiyev,  millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib.

Ardını oxu »

Naftalan: Şagirdimiz “Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü dərəcəli diplomla təltif olunub

Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsi keçirilib.

Mükafatlandırma mərasimində Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Məmmədova Ülkər Suliddin qızı  3-cü dərəcəli diplomla təltif olunub.

Ardını oxu »

Qaradağ rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsi 233 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif  Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini vəzifəsini icra edən Qınyazlı Sadiq, şöbə əməkdaşı Vasif Musayev, məktəbin direktoru Gülər Bəbirova  106,139, 166,180. 184. 197. 288, 222, 224, 228, 253, 273, 294   və  319 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, valideyn və şagirdlər iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory