May 16, 2019

Qubada yol tikintisi üçün 20 milyon manat ayrıldı

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,0 (iyirmi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ardını oxu »

Sumqayıtda 30 tələbəyə “Bələdiyyə” təqaüdü veriləcək

Sumqayıt Dövlət Universitetində (SDU) ali təhsil müəssisəsinə ayrılmış kvotaya uyğun olaraq təqaüd alacaq tələbələrin sayı açıqlanıb.

ONA-nın yerli bürosunun məlumatına görə, 560 tələbənin hər biri 100 manat tələbə təqaüdü alacaq.

Bununla yanaşı, “Bələdiyyə” təqaüdü alacaq tələbələrin də sayı məlum olub. Belə ki, universitetin 30 əlaçı tələbəsi bu təqaüdə layiq görülüb və hər birinə 100 manat veriləcək.

Ardını oxu »

Pirallahı rayonunda “Gəncsən? Başla!” adlı Master Klas keçiriləcəkdir

18 may 2019-cu il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə, Legal Standart MMC-nin dəstəyi ilə, Pirallahı gəncləri üçün işgüzar inkişafları, iş quruculuğu, biznesə başlamağın hüquqi prosedurları, gənclərin seçdikləri peşələr üzrə başlamaq istədikləri işlərin planalaşdırılması sahəsində “Gəncsən? Başla!” adlı Master Klas keçiriləcəkdir.
     Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə Dr. dosent Nadir Adilov tərəfindən yazılmış “Gəncsən? Başla!”, “MəqsədliSən?!” kitabları müəllif tərəfindən gənclərə imzalı təqdim ediləcəkdir. Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə yazılmış kitablarda müəllif  tərəfindən real və praktiki nümunələr geniş yer verilib.

Ardını oxu »

Xəzər dənizində zəlzələ baş verib

Mayın 16-da Xəzər dənizində 3,04 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar yerli vaxtla saat 05:23-də qeydə alınıb.

Ardını oxu »

Ucar rayonu İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilib

Ucar rayonu İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.

Şura iclasında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin nitqindən irəli gələn vəzifələr  haqqında” məsələ müzakirə edilmişdir.

Ardını oxu »

Şəkidə 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

2019-cu ilin I rübündə rayonumuzda ilkin hesablamalara görə faktiki qiymətlərlə 79 milyon 368 min manatlıq məhsul buraxılmışdır.

Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri dövlət mülkiyyətinin payına düşür. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyanın həcmi 25 milyon 366 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 171 faiz təşkil edir. 2019- cu ilin üç ayı  ərzində rayonumuzda 606 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.

Ardını oxu »

Qax rayonunun Ağçay kəndinin sakinləri ilə görüş keçirilib

Ağçay kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

       Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Rüfət Əliyevin və rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən görüşdə vətəndaşlar tərəfindən müraciətlər qəbul  olunmuşdur.

Ardını oxu »

Salyan rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir

15 may 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyyətində rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2019-cu ilin üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Yığıncağda məruzə ətrafında çıxışlar olmuş, cənab Prezident İlham Əliyevin Salyana davamlı diqqəti və qayğısı sayəsində genişmiqyaslı quruculuq–abadlıq işlərinin icra edildiyini diqqətə çatdırılmış, bu ilin üç ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurları qeyd edilmişdir.

Ardını oxu »

Qazaxda tütünçülüyə və baramaçılığa maraq artıb

Son illər həyata keçirilən islahatlar nəticəsində aqrar sektorun inkişaf etdirilməsi yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu sahədə uğur qazanan rayonlardan biri Qazaxdır.

Taxılçılıqda, kartofçuluqda, tütünçülükdə, baramaçılıqda əldə olunan göstəricilər bunu deməyə əsas verir.
Hazırda rayonda da yaz-tarla işlərinin qızğın çağıdır. Belə bir dövrdə tütünçülərin və baramaçıların da işi çox olur.
Bu günlərdə rayon icra hakimiyyətində cari ildə tütünçülüyün və baramaçılığın mövcud vəziyyəti ilə bağlı keçirilən toplantıda da bu barədə ətraflı söhbət getmiş, tütün əkini və ipəkqurdu bəslənməsi üçün yaradılan şərait, görülən hazırlıq işləri ətraflı müzakirə edilmişdir.

Ardını oxu »

Baş prokuror Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 24-də saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 0
  • 0
  • 657
  • 2,290
ILK-10 Azeri Website Directory