May 17, 2019

Prezident Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev “Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.

Ardını oxu »

DİM ‘vizuallaşdırılmış dərs’lər yerləşdirir

Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir.

VI sinif biologiya və coğrafiya fənləri üzrə “vizaullaşdırılmış dərs”lərin bir hissəsi Mərkəzin “Youtube” kanalına yerləşdirilib.

Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən “Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə “videodərs”lərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Ardını oxu »

Goranboy şəhərində abadlıq-quruculuq işləri sürətlə davam etdirilir

Goranboy rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində həmçinin Goranboy şəhər küçələri yenidən qurulur.

Goranboy rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  16 may 2019-cu il tarixdə  bir sıra məsul şəxslərlə birlikdə təmir-tikinti işlərinin davam etdiyi  Heydər Əliyev prospektində aparılan işlərlə yaxından tanış oldu, öz tapşırıqlarını və tövsiyələrini verdi.

Ardını oxu »

Tərtər rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi

Müşavirədə İcra başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq cənab Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb.

Ardını oxu »

Samuxda kənd təsərrüfatının inkişafında emal sənayesinin rolu

Samux rayonu normal iqlim şəraitinə və coğrafi mövqeyinə görə respublikada kənd təsərrüfatı üçün  ən əlverişli rayonlardan biridir.

Rayonun ərazisi 144854 hektar, əhalisi 58258 nəfər, kənd təsərrüfatına yararlı sahəsi  69296,0 hektar,   balans üzrə əkin sahəsi isə 22661 hektardır.  2018-ci ildə  faktiki əkin sahəsi 22816 ha, çoxillik  əkmələr 2837,2 ha, dincə qoyulmuş sahələr 400,0 hektar, biçənəklər  48 hektar, örüşlər 40513 ha olmuşdur. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 23744,1 hektarı suvarılan torpaqlardır.

Ardını oxu »

Gəncədə dahi şair İmadəddin Nəsiminin canlı portreti yaradılıb

Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkir İmadəddin Nəsiminin canlı portreti yaradılıb.

Porter Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, gəncəli gənc Mobil Qarayevin təşəbbüsü ilə ərsəyə gəlib. Dahi şairin canlı portertinin yaradılmasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, struktur rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri də izləyiblər.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 87
  • 21
  • 692
  • 2,333
ILK-10 Azeri Website Directory