May 18, 2019

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Şamaxı şəhəri olub

Ənənəvi mədəniyyət bayramı olan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı mayın 16-da öz işini Şamaxı şəhərində davam etdirib.

Şəhərin Heydər Əliyev parkında təşkil olunan mədəniyyət bayramında rayon sakinləri və qonaqlar “Nağaraçalanlar”, “Pirqulu” instrumental ansamblının maraqlı ifalarını dinləyiblər. Festivalın zəngin yaradıcılıq proqramını Xalq çalğı alətləri orkestri və xor kollektivinin rəngarəng çıxışları, uşaq incəsənət musiqi məktəbinin şagirdlərinin yaddaqalan tədqimatları maraqlı edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin özünəməxsus çıxışları ilə davam edib.

Ardını oxu »

Samux rayonunda Azərbaycan Respublikasının Milli qəhrəmanı Eltun İsgəndərovun əziz xatirəsinə həsr edilmiş futbol idman növü üzrə bələdiyyə komandaları arasında “Samux kuboku” üzrə seçim turuna start verildi

Bu gün Samux rayon Heydər Əliyev Mərkəzində Samux rayon Gənclər və İdman İdarəsi ilə birgə Azərbaycan Respublikasının Milli qəhrəmanı samuxlu şəhid Eltun İsgəndərovun əziz xatirəsinə həsr edilmiş futbol idman növü üzrə bələdiyyə komandaları arasında “Samux kuboku” üzrə seçim turuna start verildi.

Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin təmsilçisi Rasim İmamquliyev baş tutan tədbirlə əlaqədar iştirakçıları salamladı. Sözü Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənovaya verdi.

Ardını oxu »

Ramil Usubov Gəncədə sıra baxışı keçirəcək

İyunun 8-də saat 8:00-da Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant (103 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində sıra baxışı keçiriləcək.

Ardını oxu »

Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti ilə görüşdü

Xarici işlər naziiri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında parlamentlərarası əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən, siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.

Ardını oxu »

6 rayonda kənd təsərrüfatı texnikası yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi regionlarda ilk dəfə olaraq kənd təsərrüfatı texnikası yarmarkaları keçirəcək. 

Nazirlikdən verilən məlumata görə, mayın 20-dən iyunun 15-dək təşkil olunacaq yarmarkalar ölkənin 6 rayonunu əhatə edəcək. 

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 90
  • 22
  • 695
  • 2,336
ILK-10 Azeri Website Directory