May 19, 2019

İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

Səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Ardını oxu »

II və III qruplar üzrə qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

Ardını oxu »

Samuxda orta məktəbə Milli Qəhrəman Eltun İsgəndərovun adı verilib

Baş Nazir Novruz Məmmədov milli qəhrəmanın adının orta məktəbə verilməsi haqda qərar imzalayıb.
Nazirlər Kabinetinin qərarı ilə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adının verilib.
Təhsil Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bildirək ki, E. İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub.

Ardını oxu »

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub

Qarabağ həqiqətlərindən bəhs edən filimdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.

Xronometrajı 100 dəqiqə olan film real hadisələrı əsasən çəkilib. “Son nəfəsədək”də Qarabağ müharibəsi dövründə qəhrəmanlarımızın göstərdiyi rəşadət canlandırılıb.

Ardını oxu »

Qazax rayonunda sərhəddə yerləşən Məzəm kəndində istinad divarının çəkilişi davam edir

Son 3 ildir ki, Qazaxda görülən abadlıq və quruculuq işləri ilə yanaşı, düşmənlə sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərin təhlükəsizliklərinin təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür.

Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən sərhəddə yaşayan sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz nümunəsidir.

Ardını oxu »

Biləsuvarda 10 min hektardan çox pambıq əkilib

Biləsuvarda çiyid səpini başa çatıb. Ötən il 22 min 394 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhvali-ruhiyyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm Biləsuvarda 9 min 500 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory