May 20, 2019

Prezident İlham Əliyev Sərəncam imzalayıb

2019-cu ilin may ayında Azərbaycanın Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur.

Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır.

Ardını oxu »

Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da…”

“Əgər bu gün beynəlxalq sahədə hücumlara, böhtan kampaniyalarına məruz qalırıqsa, bunun səbəbi bizim bu coğrafiyadakı millətimizin min illik tarixi üçün apardığımız mücadilədir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman bayramının 100 iliyi münasibətilə Samsunda keçirilən təntənəli tədbirdə çıxışında bildirib.

Ardını oxu »

Vizaların rəsmiləşdirilməsi üçün rüsum müəyyənləşdirildi

Milli Məclisin (MM) mayın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Belə ki, mövcud qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci

Ardını oxu »

Gəncədə Türkiyə Respublikasının milli bayramı keçirilib

Gəncədə “19 May Atatürkü Anma, Gənclər Və İdman Bayramı” keçirilib. Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak edib. Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş konsulluğunun binası önündən Xan Bağına yürüşü ediblər. Parkda günün anlam və önəmini simvolizə edən çinar ağaçı əkilib.

Ardını oxu »

Samuxda 5885,5 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb

Samuxda bütün təsərrüfat kateqoriyaları daxil olmaqla may ayının əvvəlinə kimi 5885,5 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparılmış yazlıq əkinin 517,5 hektarı çoxillik otlar, 314,5 hektarı kartof, 550,5 hektarı tərəvəz, 431 hektarı yazlıq buğda, 618 hektarı yazlıq arpa, 2759 hektarı günəbaxan, 367 hektarı şəkər çuğunduru, 4 hektarı paxlalılar, 153 hektarı bostan, 167 hektarı qarğıdalı, 4 hektarı birillik otlar olub.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory