May 21, 2019

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Z.K.Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilsin.

Ardını oxu »

Paşinyan ətrafındakı halqa daralır

“KOÇARYANIN HƏBSDƏN AZAD EDİLMƏSİ ERMƏNİ BAŞ NAZİRƏ ƏN BÖYÜK ZƏRBƏDİR”

“Ermənistandakı son hadisələr 1990-cı illərdə Azərbaycanda baş verən hadisələri xatırladır. O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq”.
 
Bu sözləri “Atlas” Ararşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsdən azad edilməsinə münasibət bildirərkən deyib.

Ardını oxu »

Tovuz rayonunun Alakol kəndində məktəb binasının tikintisində

Tarixən elmə, təhsilə və mədəniyyətə yüksək marağı olan Tovuz sakinlərinin arzusunu, təlabatı nəzərə alaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə rayonun Alakol kəndində müasir məktəb binasının tikintisi surətlə davam etdirilir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov tikintidə olub işlərin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, N. Sadıqov adına Alakol kənd tam orta məktəbi üçün tikilən kompleks məktəb binası 3 mərtəbədən ibarət olacaq.

Ardını oxu »

CAZİBƏ

(təəssürat-esse)

  Hər dəfə Günəş cümə gününün başlan­dığını bə­yan eləyəndə Saleh Qur­banovun düşüncələrində qəribə bir yerdə­yişmə baş­layır.

O, nəzərdə tutduğu işləri gün ərzində görüb ba­şa çatdıra bilmir. Özün­dən asılı olmayaraq daşı-daş üstə qoymağı başqa günə təxirə salır. Ağac ək­mək istəyəndə də bu hal təkrar olunur. Əkiləcək, bel­lənəcək sahəni uşaqlara həvalə edir. Qoyun-quzu­ya baxmaq işi də eləcə… Ədəbiyyat müəlliminin daha vacib üç işi var: şagirdlərin yazı işlərini yoxlayıb qiymətlən­dirmək, mütaliyə etmək və bədii yaradı­cılığı ilə məşğul olmaq. Saleh müəllim həftənin cümə günü öhdəsində olan işlərin heç birini lazımınca yarıtmır.

Ardını oxu »

Şəkidə ali məktəblərə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzinin mayın 19-da Şəki şəhərində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4 imtahan mərkəzi ayrılıb.

Ardını oxu »

Niyazi Bayramov ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin ofis rəhbərilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Voy ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Aqrar Siyasət Məsələləri Şöbəsinin baş məsləhətçisi Cəfər Məhərrəmov Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov və başqaları iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Gəncə aqrar sahənin inkişaf etdiyi rayonlarla əhatə olunub.

Ardını oxu »

Samuxda məhsul buraxılışının 47,9 faizi kənd təsərrüfatının payına düşüb

Bu ilin ilk rübündə Samux rayonu üzrə məhsul buraxılışının həcmi 26969,5 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 198,2 min manat və ya 0,7 faiz çoxdur.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, buraxılan məhsulun 12921,4 min manatı və ya 47,9 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşüb.

Ardını oxu »

Yevlax Şəhər İcra hakimiyyətində könüllülük fəaliyyəti göstərən gənclərə sertifikatlar təqdim edilmişdir

Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova könüllülük fəaliyyətinin Respublikamızdakı inkişafından danışmışdır.

O, möhtərəm Prezidentimiz İlham Əliyevin kölüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqda tapşırığı gənclərə böyük stimul olduğunu bildirmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 15
  • 14
  • 606
  • 2,139
ILK-10 Azeri Website Directory