May 22, 2019

İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını dedi.

Ardını oxu »

Gəncədə ‘Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri’ mövzusunda konfrans keçirilib

Konfrans Yeni Azərbaycan Partiyasının və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində gerçəkləşib.

BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan konfransın içtirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəsətələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu »

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Peyk kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir

21 may 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Peykı kəndində növbəti səyyar qəbul keçirmişdir.

Ardını oxu »

Pirallahı rayonunda sakinlər üçün “Açıq qapı” günü keçirildi

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilmişdir.
      Fəal görüşlər çərçivəsində mayın 20-də Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Mirdaməd Seyidov və digər idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.

Ardını oxu »

İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə tanış olub

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı uğurla icra edilir. Bu il də daxil olmaqla artıq 4 il olacaq ki, rayonumuzda kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunmasını əldə olunan uğurlardan da görmək olar.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory